Uşaqlar üçün “Instagram” yaradılır

15:46 19-03-2021 | icon 3616 | Uşaq Dünyası
Uşaqlar üçün “Instagram” yaradılır

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” 13 yaşdan kiçik uşaqlar üçün xüsusi olaraq “Instagram” foto paylaşma xidmətinin versiyasını yaradır.

 

“Bloomberg” bu barədə İT şirkətinə istinadən xəbər yayır.

 

“Uşaqların dostları ilə əlaqə saxlaya bilməsi, yeni hobbi, maraqlar və daha çox şey tapa bilməsi üçün “Instagram”a valideyn nəzarətində bir sistem gətirməyi planlaşdırırıq”, - deyə “Facebook” sözçüsü Co Osborn bildirib.

 

“Facebook”un özündə də bənzər texnologiya var – “Messenger Kids”. Bu, əsas sosial mesajlaşma tətbiqinin gənclər üçün versiyasıdır. Burada valideyn nəzarəti seçimləri var.

“Instagram” qaydaları da yaş məhdudiyyətlərini nəzərdə tutur - istifadəçinin 13 yaşdan yuxarı olması lazımdır.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi 2004-cü ilin fevralında Mark Zükerberq tərəfindən yaradılıb. Sosial şəbəkə “Messenger”, “WhatsApp” və “Instagram” xidmətlərinə sahibdir .

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...