3500-dən çox tələbənin işinə Ali Məhkəmədə baxılır

11:42 30-03-2021 | icon 470 | Təhsil
3500-dən çox tələbənin işinə Ali Məhkəmədə baxılır

Bakı İslam Universitetinə 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blanklarının verilməməsi ilə bağlı məsələ bir müddətdir cəmiyyətdə müzakirə olunur.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov açıqlamasında deyib ki, bu problem həmin dövrə qədər təhsil almış tələbələrin dövlət işinə qəbul edilməsinə, magistratura və doktorantura pilləsində təhsil almasına da müəyyən çətinliklər yaradır.

 

Təhsil Nazirliyi Bakı İslam Universitetinin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsini əsas gətirir.

 

Nazirlik bildirir ki, həmin ali təhsil ocağına tələbə qəbulu daxili müsahibə yolu ilə aparılıb.

 

Məzunlara verilən diplom blanklarının Təhsil Nazirliyi tərəfindən təqdim edilməməsi, Attestasiya Komissiyasının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təyin edilməməsini əsas gətirir.

 

Bu səbəbdən 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir.

 

Deputat C.Məmmədov hesab edir ki, Təhsil Nazirliyinin mövqeyi qanunvericiliyə və konkret faktlara əsaslanır.

 

“Ancaq bu da reallıqdır ki, universitetin 3500-dən artıq məzunu öz diplomlarını təsdiqlədə bilmədiyindən yuxarıda qeyd etdiyim kimi dövlət qurumlarında çalışa və növbəti mərhələlərdə təhsillərini davam etdirə bilmirlər”, - deyə C.Məmmədov əlavə edib.  

O bildirib ki, problemlə bağlı ortaq məxrəcə gəlinərək həll yolu tapılmalıdır.

 

Millət vəkili təklif edib ki, tələbələrin işlərinə fərqli yanaşılması məsələsi də nəzərdən keçirilə bilər:

“Əgər hansısa neqativ hal varsa, o məsələyə fərdi yanaşıla bilər”.

 

Deputat bildirib ki, hazırkı mərhələdə məhkəmə yolu ilə həll variantı aktualdır və artıq məsələyə Ali Məhkəmədə baxılır. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...