Daha üç məktəb koronavirusa görə bağlandı
Ağdaş və Qəbələ rayonlarında fəaliyyət göstərən üç məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Versus.Az xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Qəbələ rayon 3 nömrəli orta məktəbdə dərslər distant formada davam etdiriləcək.
Eyni zamanda, Ağdaş şəhər S.Vurgun adına 1 və 5 saylı orta məktəbdə dərslər dayandırılıb.
Dərslər iki həftə distant formada davam etdiriləcək.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"