Deputat vaksin prosesinin məcburi olmasını təklif etdi

13:21 27-04-2021 | icon 731 | Sağlamlıq
Deputat vaksin prosesinin məcburi olmasını təklif etdi

“Dünən mətbuatda oxudum ki, 365 nəfər vaksin vurdurub. Onlardan 363 nəfər birinci, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say niyə azdır? Vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmir?”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib. 

 

O qeyd edib ki, insanlar vaksin olunmaq istəmirsə, yaş həddini aşağı salmaq lazımdır:

“Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”. 

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deputata cavab olaraq bildirib ki, ölkədə vaksin çatışmazlığı yoxdur: 

“Peyvənd olunmaq istəyən insanların sayı azdır. Belə olarsa, yavaş-yavaş yaş həddini aşağı endirməli olacağıq”.

 

Deputat Fəzail Ağamalı əlavə edib ki, vaksin olunmaq istəyənlərin sayı azdır: 

“Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da artırılsın. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”.

 

Ə.Əmiraslanov isə F. Ağamalıya cavab olaraq bildirib ki, dünyanın heç bir ölkəsində peyvəndləmə məcburi proses deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...