Koronavirusa yenidən yoluxma riski olan İNSANLAR

07:33 30-04-2021 | icon 801 | Sağlamlıq
Koronavirusa yenidən yoluxma riski olan İNSANLAR

Analizlər koronavirusa qarşı yüksək miqdarda ümumi anticisim titri göstərsə belə, bu, insanın yenidən yoluxmayacağı anlamına gəlmir.

 

“Sputnik”in məlumatına görə, bu barədə Rusiyada tibb elmləri namizədi, immunoloq, “Clinical Excellence Group”un baş direktoru Nikolay Kryuçkov xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, əslində orqanizmi qoruyucu funksiyaları olan immunitet sisteminin xüsusi hüceyrələri, həmçinin qoruyucu anticisimlər qoruyur, yəni bütün anticisimlər bura aid deyil.

 

“Anticisimlərin əksəriyyəti, ən azından əhəmiyyətli bir hissəsinin qoruyucu xüsusiyyətləri yoxdur... Bu səbəbdən bizi ilk növbədə qoruyucu anticisimlərin titri və ya nisbəti maraqlandırır. Bu anticisimlər müəyyən vəziyyətlərdə yetərli olmaya bilər”, - deyə Kryuçkov əlavə edib.

 

İmmunoloq bildirib ki, koronavirusa qarşı vaksin vurdurmuş və ya bu xəstəliyi keçirmiş insanlar müdafiə tədbirlərinə laqeyd yanaşmamalıdır.

 

“Xəstəliyi keçirdikdən və ya vaksinasiyadan sonra sonra yoluxma şansı dəfələrlə azalsa da, tamamilə yox olmur” , - deyə o qeyd edib.

 

İmmunoloq koronavirusa yenidən yoluxma riski ilə qarşılaşan insanların kateqoriyalarını da sadalayıb. Həkim bu siyahıya immuniteti zəif olan hər hansı alt qrupun daxil olduğunu bildirib.

 

“Söhbət birincili və ya ən çox görülən ikincili (qazanılmış) immun çatışmazlığı diaqnozu qoyulan insanlardan gedir”, - deyə mütəxəssis qeyd edib.  

 

Kryuçkov həmçinin autoimmun xəstəliklərdə, onkologiyada, ağır xroniki xəstəliklərdə immunitet reaksiyasının azaldığını vurğulayıb.

 

“Bundan başqa immunitet sisteminin reaktivliyi azalmış yaşlı insanlar yenidən koronavirus xəstəliyinə yoluxa bilərlər”, - deyə immunoloq xəbərdarlıq edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...