Kabab və manqal tüstüsü bizi necə öldürür?

09:06 04-05-2021 | icon 793 | Sağlamlıq
Kabab və manqal tüstüsü bizi necə öldürür?

Manqalda, kömürdə kabab bişirib, isti-isti yemək insana mənəvi dinclik verir. Kabab bu günə qədər ən sağlam qidalardan hesab olunurdu. Lakin müasir elektrik manqallar, eləcə də hazır kömürdə bişirilən kabab dədə-babalarımızın qidasından fərqlənir. Əsas da zərərləri ilə. Alimlər hətta kababın bir çox kişilərdə mədəaltı vəz xərçənginə belə səbəb ola biləcəyini açıqlayır.

 

Versus.az kababın zərərlərini təqdim edir:

 

1. Mədəaltı vəzi məhv edir

Alimlər çoxdan ayırd edib ki, tez-tez qrildə, manqalda, kömürdə qızardılmış ət - istər mal, istər qoyun əti - yemək bağırsaq və mədəaltı vəzin bədxassəli şişinə səbəb ola bilər.

Xüsusilə araqla birlikdə kabab qəbul edilməsi mədəaltı vəzi məhv edir.

Manqalda közdə qızaran zaman ətin üzərində əmələ gələn qızarmada kanserogen maddələr yaranır.

Alimlər 62 min amerikalının tibbi məlumatlarını araşdırıb. Onların 208 nəfərində mədəaltı vəzin xərçəngi əmələ gəlib. Məlum olub ki, məhz bu kişilər daha çox qrildə bişən ət yeyiblər.

Çox qızarmış ət yeyənlərin 70%-də xərçəng yaranma ehtimalı çoxdur.

 

2. Manqalın tüstüsü kanserogendir

Son tədqiqatlar göstərib ki, manqaldan çıxan ağ tüstü zərərli karbon qazının nəfəs yollarına dolmasına səbəb olur. Ona görə təkcə kababı yemək yox, manqalın yanında dayanmaqla da qazlarda olan kanserogen maddələr orqanizmə daxil olur. Müasir kömürlər yanan zaman bu maddə daha çox ayrılır. Bunu da Çin alimləri sübut edib ki, hətta manqal tüstüsü dəridən belə keçərək, orqanizmi zəhərləyir.

Ona görə də manqalda kabab bişirəndə tüstünün əksi istiqamətində durun, ancaq əti çevirəndə ona yaxınlaşın və manqalı süfrədən uzaqda yandırın. Uşaqların manqal tüstüsünü udmasına imkan verməyin.

 

3. Yüksək təzyiq

Həm təzyiqi olanlar, həm də sağlam insanlar əgər manqalda qızarmış əti tez-tez yeyərlərsə, hipertoniya xəstəliyi yarada və ya təzyiq xəstələrinin vəziyyətini daha da ağırlaşdıra bilər. Çox kabab yeyənlərdə 10 il sonra yüksək təzyiq xəstəliyi qaçılmazdır. /medicina.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...