Bu şəxslərə ikinci doza vaksin vurulmamalıdır
Vaksinasiya edilən xəstəxanalar hər bir avadanlıqla təmin olunmalıdır. Çünki hər hansı bir reaksiya zamanı erkən müdaxiləyə ehtiyac yarana bilər.
Versus.Az xəbər verir ki, bu sözləri ARB-24-də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Nuranə Hacıağayeva bildirib.
O əlavə edib ki, vaksin olunduqdan sonra ən azı 30 dəqiqə müddətində insanlar xəstəxanada gözləməlidir:
"Bundan sonra vaksin vurulan şəxslər evə buraxılmalıdır. Əgər birinci dozada hər hansı allergik reaksiya, çox halsızlıq müşahidə olunarsa, ikinci dozanı vurdurmağa ehtiyac yoxdur".
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"