Koronavirusu yarım saniyəyə məhv etmək?
ABŞ-ın Texas ştatındakı A&M Universitetinin alimləri koronavirusu bir anda məhv etməyin yolunu tapıb.
Versus.az xəbər verir ki, bu barədə Novator.az-a danışan fəlsəfə üzrə fəlsəfə doktoru Söhrab Məhərrəmov deyir ki, Phys.org saytı məhv prosesinin cəmi yarım saniyə çəkdiyini yazır: “Yeni metod qızdırılma ilə bağlıdır. Alimlər virusu suda həll edir, məhlulu paslanmayan polad boruya doldururlar, ardınca borunu 72 dərəcə selsiyə qədər qızdırırlar.
Proses nəticəsində məhlulda olan virusun konsentrasiyası 100 min dəfə azalır. Alimlər hesab edir ki, bu miqdarda virus zərərsiz olur və digər insanlara keçmir.
Bu metoddan ventilyasiya, havalandırma sistemlərində, binaların qızdırılmasında istifadə etmək olar. Kəşf müəllifləri hesab edirlər ki, metod hava-damcı yolu ilə yayılan digər viruslara qarşı mübarizədə də istifadəyə yararlıdır.
Belə metod qabaqlar da məlum idi. Aparılan eksperimentlər zamanı virusun zərərsizləşdirilməsi 1 dəqiqədən 20 dəqiqəyədək zaman alırdı. Amerikalı alimlər bir neçə il öncənin tədqiqatında koronavirusu 2 dəqiqəyə məhv etməyin yolunu tapmışdılar. Məlum olmuşdu ki, tərkibində sink və ya qalay olan diş pastası ilə ağız yaxalamaqla virusu neytrallaşdırmaq mümkündür. Ağzı setilpiridiyum xloridlə yaxalamaq da koronavirusu yarım dəqiqəyə zərərsizləşdirir”.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən yeni növ koronavirus infeksiyası 207 ölkə, ərazi və məkanda 3,2 milyondan çox adamın ölümünə səbəb olub. Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. Mayın 5-nə olan rəsmi hesabata görə, ölkədə ümumilikdə 323841 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4617-si xəstəlikdən vəfat edib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"