"Azərbaycan-İsrail münasibətlərinin dərin tarixi var"

16:00 31-05-2023 | icon 1117 | Siyasət
"Azərbaycan-İsrail münasibətlərinin dərin tarixi var"

Yeganə Hacıyeva: "1991-ci ildə ikitərəfli münasibətlər, 1992-ci ildə isə diplomatik münasibətlər quruldu"


“Bu səfəri son 30 ildə ən səmimi münasibətlərə həsr olunmuş bir dəvət kimi dəyərləndirməliyik”.

 

Versus.Az xəbər verir ki,bunu politoloq Yeganə Hacıyeva İsrail prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq qeyd edib ki, Azərbaycanın İsraildə indiyədək səfirlik açmamasının tək səbəbi müsəlman dünyasından özünə yönəlik dəstəyi itirməmək istəyi idi:

 

“Azərbaycan bu məsələdə Türkiyə nümunəsini əsas götürmüşdü. Türkiyə 50-ci illərin axırlarında İsraillə olduqca isti münasibətlər qurduğu üçün 60-cı illərdə qabaran Kipr məsələsində beynəlxalq arenada müsəlman dövlətlərinin dəstəyini ala bilməmişdi. Məhz bu fakt üzərindən müsəlman ölkələr həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hər zaman Azərbaycanı dəstəklədilər. Sırf bu fakt üzərindən Azərbaycan daha ağıllı strategiya seçərək, İsrail ilə münasibətləri müxtəlif kanallarla ən yüksək səviyyəyə çatdırmış, səfirliyin açılması məsələsini isə daha yaxşı zamanlara qədər təxirə salmışdır”.

 

Münasibətlərin tarixinə diqqət çəkən Y.Hacıyeva bildirib ki, həmişə dost bağları olan İsrail və Azərbaycan arasında ikitərəfli münasibətlər 1991-ci ildə, İsrailin Azərbaycanın müstəqilliyini tanıması ilə başladı, diplomatik münasibətlər isə 1992-ci ildə quruldu:

 

“1993-ü ilin avqust ayından isə İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində İsrail həmişə Azərbaycanın yanında olub. Azərbaycan İsrailin lobbi şəbəkə imkanları hesabına Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışdığı illərdə , İran şirkətləri Ermənistanla birgə Qarabağda təbii resurslarımızın talan edilməsində, Qarabağda məscidlərimizin tarixi izlərinin dəyişdirilməsində iştirak edirdi. İran isə məscidlərdə donuz saxlanılmasına göz yumurdu. 2007-ci ilin yanvar ayında Azərbaycan və İsrail arasında təhlükəsizlik sahəsində 2 əməkdaşlıq müqaviləsi imzalandı, 2009 ildə İsrail prezidentinin Bakıya səfəri ilə siyasi-diplomatik münasibətlər yüksək səviyyəyə çatdı. Onu da xatırladım ki, məhz bu səfərdən sonra İran, diplomatik təzyiq məqsədilə Bakıdakı səfirini “məsləhətləşmək üçün” geri çağırdı və daha sonra da səfirin “şəxsi səbəblərlə” geri dönməsi kimi bir primitiv izah verdi. İki ölkə arası əməkdaşlığın önəmli sahəsi əlbəttə kəşfiyyat sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlığın nəticəsi kimi bu illər ərzində ölkədə bir sıra terror hadisəsinin qarşısı alınıb. Məsələn, 2008-ci ildə Qəbələ radiolokasiya stansiyasına təşkil olunan terror hücümu, eyni ildə Bakıdakı İsrael səfirliyi binasına qarşı təşkil olunmuş terror hücumu, 2012-ci ildə Bakıda bir neçə terror hadisəsinin qarşısı məhz İsrail kəşfiyyatı ilə əməkdaşlıq nəticəsində alındı. 2012-ci il qarşısı alınan terror aktlarından bir neçə həftə öncə İran Azərbaycanı İsrailin Mossad kəşfiyyatına güya anti-İran fəaliyyətlərinə kömək etdiyi üçün tənqid etmişdi. 2017-ci ildən Azərbaycan Respublikası Hökuməti və İsrael Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Komissiyanın məqsədi qarşılıqlı maraq doğuran sahələrdə ixtisaslaşmış işçi qrupları yaradaraq müvafiq məsələlərə dair qərarlar qəbul etməkdir. Komissiya tərkibində hər iki ölkənin müxtəlif nazirlikləri və dövlət idarələri təmsil olunur”.

 

Politoloq bildirib ki, Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydalılığa əsaslanır, enerji və təhlükəsizlik sahələrində iki ölkə arası münasibətlər strateji müttəfiqlik səviyyəsindədir:

 

“İki ölkə arası əməkdaşlığın əsas dayaq nöqtəsi isə əlbəttə hərbi sahədə əməkdaşlıqdır. 1992 ci ildə ABŞ erməni lobbisinin təşviq etdiyi “Azadlığa Dəstək Qanunu” çərçivəsində qəbul olunmuş 907-ci düzəlişi etməklə Azərbaycana silah satışı qadağası qoyulmasından sonra belə İsrail Azərbaycana müasir silahlar vermişdi. Onu da qeyd edim ki, ABŞ dakı yəhudi lobbisi “Azadlığa Dəstək Qanunu”na 907-ci düzəlişini 2002-ci ildən etibarən hər il davamlı olaraq durdurulması üçün Azərbaycana yardım edir. 1-ci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycana Stinger raketləri vermişdi. İranın etirazlarına gəlincə, məhz bu tip əməkdaşlıq İran tərəfindən sərt etiraz və narahatlıqla qarşılanır və zaman-zaman İran-Azərbaycan münasibətlərində soyuqluğa səbəb olur. Məsələn, 2011-ci ildən Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək, nəzarətdə saxlamaq üçün İsraildən aldığı dronlardan istifadə edir. Məhz elə 2011-ci ildən sonra İran mediasında Azərbaycan əleyhinə yazıların artmasının əsas səbəbi də məhz bununla bağlı idi”.


Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı