Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

11:45 10-05-2021 | icon 1839 | Sağlamlıq
Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

Nərminə Abbasova: “Xəstəliyin bu tipi əsasən, uşaq yaşlarında başlayır

 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA Versus.Az-ın oxucularına BRONXOSPAZM haqqında danışacaq, xəstəliyin müalicə yollarından bəhs edəcək.

 

QEYD: Bronxospazm – müxtəlif ağciyər və tənəffüs yolu xəstəlikləri zamanı təcili tibbi müdaxilə tələb edən vəziyyətlərdən biri bronxların reaktivliyinin yüksəlməsinin nəticəsi kimi meydana çıxan haldır. Əksər tənəffüs yolu patologiyaları zamanı bronxospazm özünü mövcud xəstəliyin nəticəsi kimi meydana çıxan klinik əlamətlərdən biri kimi göstərsə də, bronxial astma xəstəliyində o çox vaxt yeganə və əsas klinik əlamət olur. Müşahidələr göstərir ki, bronxial astma digər tənəffüs sistemi xəstəliklərilə müqayisədə, yayılması, gedişi, müalicəyə yatımsızlığı, eləcə də proqnozuna münasibətdə, ən arzuolunmaz patologiyalardan biridir.

 

Bronxospazm haqqında ümümi məlumat verən Nərminə xanım bildirdi ki, istər bronxial astma, istərsə də bronxların digər spastik vəziyyətlərində həlledici amil “bronxobstruktiv simptom” olduğuna görə, aparılacaq dərman müalicəsinin effektivliyi də ilk növbədə bu simptomun aradan qaldırılması dərəcəsindən asılıdır. Onun sözlərinə görə, bu baxımdan bronxial astma və digər bronxospastik halların farmakoloji korreksiyasmda əsas müalicə vasitəsi “bronx ağacı”nı genişləndirən bronxolitik təsirli dərman maddələri hesab olunur:

 

 

“Bronxolitiklər tənəffüs yollarında törənən spastik halı, əsasən, iki yolla ya birbaşa bronx saya əzələlərinə, ya da bu sistemin efferent sinir tənziminə təsir göstərməklə aradan qaldırırlar. Bronxial astmann müalicə və profılaktikasında üstünlük daha çox hallarda bronxların efferent sinir tənziminə təsir göstərən maddələrə verilir. Məlumdur ki, bronx əzələlərinin tonusu adi halda parasimpatik innervasiya ilə tənzim olunur. Bronxlar praktik olaraq simpatik innervasiya almırlar. Odur ki, xolinergik innervasiyanın güclənməsi bronxospastik əlamətlərlə müşahidə olunur.

Digər tərəfdən, bronxlarda innervasiya olunmayan - sinapsxarici 2 adrenoreseptorlar mövcuddur. Bu törəmələr qanda dövr edən və bronx-alveol sisteminin humoral tənzimində mühüm rol oynayan biogen aminlərə eləcə də ekzogen mənşəli simpatomimetik maddələrə qarşı yüksək həssaslıq göstərir. Odur ki, efferent innervasiya zəncirinin müvafiq həlqələrinə təsir göstərən farmakoloji vasitələr bronxospastik hallar zamanı ən yaxşı “korrektorlar” hesab olunurlar”.

 

 

Nərminə xanım qeyd etdi ki, müşahidələrə əsaslansaq, astma zamanı uğurlu nəticələrin alınması xəstəliyin yalnız etioloji prinsipləri və təbiəti əsas götürülməklə aparılan müalicə fonunda mümkündür. Həkimin sözlərinə görə, astma tutmalarının meydana çıxmasına zəmin yaradan faktorların etioloji təbiətinə görə xəstəliyin allergik astma və qeyri allergik astma olmaqla iki tipi müəyyən edilir:

 

 

“Allergik astmada əvvəllər xəstələrin özündə və ya soykökündən olan şəxslərdə rinit, ekzema və sair allergik xəstəliklər, eləcə də allergik təbiətli digər patologiyaların olduğu müəyyən edilir. Xəstəliyin bu tipi əsasən uşaq yaşlarında başlayır. İdiyosinkratik astmada xəstələrin keçmişdə hansısa bir allergik təbiətli xəstəliyə tutulduğu və ya ona meyilliliyi aşkar olunmur. Xəstəliyin bu forması, əsasən, orta yaşlarda başlayır. Astmalı xəstələrin bir qismində isə həm allergik, həm də qeyri-allergik komponent müşahidə edilir. Yəni xəstəlik qarışıq komponentlə keçir.

 

 

Nəzərə almaq lazmıdır ki, bu cür xəstələrdə xəstəlik erkən yaşlarda başlayırsa, allergik komponent üstünlük təşkil edir. Astma sonrakı yaşlarda başlamışsa, qeyri-allergik komponent və ya bu iki komponentin qarışığı üstünlük təşkil edir. Bronxospastik vəziyyətlər və bronxial astma zamanı bronxospazm törədən ekzogen amillərə qarşı bronxların hiperreaktivlik halı törənir. Bronxların hiperreaktivlik halına səbəb olan əsas endogen (qeyri allergen-red.) faktor rolunu isə ağciyər və tənəffüs yollarının iltihabi xəstəlikləri oynayır. İltihabi prosesin özünün formalaşmasına zəmin yaradan həlledici amil iltihab mediatorlarıdır. Bronx epitel hüceyrələri, tosqun hüceyrələr, alveol makrofaqları, neytrofıllər və sair toxumalarda əmələ gələn bu maddələrin iltihab zamanı ifrazı sürətlənir”.

 

Həkim onu da qeyd etdi ki, bronxospastik halların, xüsusən, bronxial astmanın patogenetik mexanizmində mühüm rol oynayan amillərə iltihab və allergiya faktorları aid edilir. Onun sözlərinə görə, əksər hallarda allergenin tipinin müəyyən edilməsi və onun aradan qaldırılması istiqamətində görülən tədbirlər bronxial astma tutmalarının müalicə və profılaktikası baxımından yüksək nəticələr əldə etməyə imkan verir.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Epilepsiya xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI