İcra başçıları Adil Məmmədovla Xəzər Aslanova XƏBƏRDARLIQ

13:30 09-06-2021 | icon 881 | Siyasət
İcra başçıları Adil Məmmədovla Xəzər Aslanova XƏBƏRDARLIQ

Fuad Əliyev: "Prezidentin məmur özbaşınalığına son qoyulması çağırışını eşitmirlər"

 

“Partiyanın elektron poçtuna vətəndaşlardan yüzlərlə müraciət, şikayət daxil olur. Vətəndaşların şikayətləri əsasən məmur özbaşınalığındandır. Biz çalışırıq bu məsələləri içtimailəşdirmədən vətəndaşlara köməklik edək, problemləri həll edək. Amma bəzi məmurlar “get, kimə şikayət edirsən, et” deyərək, əlavə problemlər yaradırlar".

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev şəxsi "youtube" kanalında çıxış edib.

 

Partiya sədri vurğulayıb ki, kiməsə qüvənən məmurlardan biri Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdur. Fuad Əliyev qeyd edib ki, Adil Məmmədov 2011-ci ildən bu vaxtadək, yəni 10 ildir ki, Qobustan rayonunda “padşah"lıq edir. Onun sözlərinə görə, Adil Məmmədovdan şikayətlər fermerlərdən, ucqar kəndlərdə yaşayanlardan gəlir:

 

"Qobustan rayonunda insanların hüquqları hər sahədə kobudcasına pozulur. Adil Məmmədov və onun məmurları əkin sahələrini başqa-başqa adamlara satıblar. Fermer və kəndlilərə məxsus əkin torpaqları kənardan gələnlərə satırlar. Kənd təsərrüfatı üçün olan torpaqlarda icra hakimiyyətinə pull verib ev, villalar tikirlər”.

 

F.Əliyev qeyd edib ki, şikayətçilərin çoxlarına hədə-qorxu gəlirlər. Buna görə də çoxları səsini çıxartmır:

 

“Qobustan rayon sakinləri bildirirlər ki, bu problemlə bağlı dəfələrlə şikayət ediblər. Heç kim Adil Məmmədova dur demir.  Belə çıxır ki, bu ölkənin qanunlarının ona aidiyyatı yoxdur. Sanki ölkə başçı İlham Əliyevin yerlərdə məmur özbaşınalıqlarına son qoyulması barədə çağırışlarını eşitmir. Adil Məmmədova bu cəsarəti görəsən kim verir?

Şikayətçilər məktublarında bildirirlər ki, əsassız olaraq alınmış yerlərin qaytarılmasında onlara köməklik edim. Mən də öz növbəmdə onlara köməklik etməyə çalışacağıma söz verdim".

 

ALDP sədri icra başçısına xəbərdarlıq olaraq "Adil Məmmədov, bu problemləri şişirtmədən həll edin. Əks təqdirdə bizim hüquqşünaslar hüquqi müstəvidə bu məsələləri həll edəcəklər” - deyə, bildirib.

 

Fuad Əliyev Xızı rayonunda olan problemlərdən də bəhs edib:

 

“Eyni problemlərlə Xızı rayonun sakinləri üzləşiblər. Şikayətçilər Xızı Rayon İcra Başçısı Xəzər Aslanovun qanunsuz əməllərindən yazırlar. Qeyd edim ki, Xəzər Aslanov da 10 ilə yaxındır ki, Xızı rayonunda “padşahlıq" edir.

Maraqlıdır ki, bir neçə il ərzində Prezident Adminstrasiyasına edilən çoxsaylı şikayətləri özünəməxsus üsulları ilə “zərərsizləşdirməyi” çox asanlıqla bacarır. Xəzər Aslanov da Adil Məmmədov kimi kiməsə arxayındır. Şikayətçilər bildirirlər ki, otlaq üçün nəzərdə tutulan torpaqlar zəbt olunub. Onların dediklərinə görə Xəzər Aslanovun razılığı ilə torpaqlar Milli Elmlər Akademiyasının balansına verilib. Bununla bağlı mən partiyanın hüquqşünaslarına tapşırıq verdim ki, bu məsələni araşdırsınlar. Əgər bu qeyri-qanuni əməllər öz təsdiqini tapsa, onda bu məsələ də hüquq müstəvəsində, məhkəmədə öz həllini tapacaq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...