"İstefaya getməli olan sərhəd qoşunlarının komandanıdır” - MÜSAHİBƏ
Fuad Əliyev: "Sərhəddə boşluq var və ermənilər istədikləri kimi hərəkət edirlər"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13” internet kanalına müsahibə verib.
Versus.Az həmin müsahibəni təqdim edir:
- Fuad bəy, müsaibələrin birində geyd etdiniz ki, Azərbaycan Ermənistanla danışıqları dayandırılmalıdır. Buna səbəb nəidir?
- Vətən müharibəsindən sonra noyabrın10-da üç ölkə başçısı bəyanat imzaladı. Azərbaycan tərəfi bu bəyanatda bizə aid olan bütün məsələlərin hamısını həyata keçirir. Hətta ermənilərin Kəlbəcərdən çıxmaq üçün 10 gün əlavə vaxt vermək xahişini də güzəştə gedərək icazə verdi. Bəyanatda qeyd olunmuşdu ki, erməni silahlı güvvələr dekabrın 1-nə qədər Azərbaycandan çıxmalıdırlar. Buna da tam əməl etmədilər. Rusiya sülhməramlıları isə, bu ilin yanvar ayından başlayaraq, missiyadan kənar fəaliyyət göstərirlər. Şuşa şəhərində “İskəndər-M” raketinin qalıqlarının tapılması və bununla bağlı ünvanladığımız sorğuların cavabsız qalması və sonuncu, Kəlbəcərdə iki jurnalistin və bir icra nümayəndəsinin minaya düşüb şəhid olması onu göstərir ki, ermənilər və Rusiya sülhmərmlılarl birgə addımlar atırlar.
- Anti-terror əməliyyatların başlanması kimi fikirləri də tez-tez səsləndirirsiz.
- Yuxarıda qeyd etdiyim məqamları nəzərə alaraq, biz Ermənistanla olan sərhədləri, o cümlədən, Laçın dəhlizini bağlamalıyıq, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması məsələsini qaldırmalıyıq və anti-terror əməliyyata başlayaraq azad olunan torpaqlarımızda qalan erməni quldurların tör-töküntilərini məhv etməliyik.
Bir tərəfdən biz və bizə bu işdə köməklik edən ölkələr, şirkətlər azad olunan əraziləri minalardan təmizləyirlər, o biri tərəfdən erməni quldurlar yenidən minaları basdırırlar. Bu onu göstərir ki, ermənilər həm sərhəddən, həm də Laçın dəhlizindən çox rahat keçirlər. Düzdür, sərhədçilərimiz 9 və 14 nəfərlik erməni hərbçilərini saxladı. Amma biz nə bilək ki, onlar neçə nəfər idi və qalanları nə etdilər, gayıtdılar, ya qaldılar. Bu da onu göstərir ki, sərhəddə boşluq var və ermənilər istədiyi kimi hərəkət edirlər.
- Müdafiə Nazirliyinin susqunluğu nə ilə bağlıdır və nazir istefayə getməlidirmi?
- 44 gün Vətən müharibəsində Nəcməddin Sadıqov işdən kənarlaşdırılmışdı. İndi müharibədən sonra, təxminən 2 aydır ki, onu Bakıya qaytardılar. Baxın, qayıdandan sonra nə qədər vətəndaşlarımız və son olaraq iki jurnalist minaya düşdülər. Təsədüfən belə oldu, yoxsa yox, onu deyə bilmirəm. Mənim fikrimcə, istefaya getməli olan müdafiə naziri yox, sərhəd qoşunların komandanıdır.
- Ermənilərin revanşist bəyanatları barədə nə deyə bilərsiz?
- Bu sərsəm bəyanatlar daha çox erməni seçicilər üçün səsləndirilir. Seçkilər vaxtı çox şey demək olar. Hansı müharibədən danışırlar? Ermənistan ordusu yoxdur, bərpa etmək üçün illər lazımdır. İqtisadiyyatı çöküb. Hətta xaricdə yaşayan ermənilər Paşinyan hakimiyyətindən üz döndəriblər. Qoy müharibəyə başlasınlar. Bizim ordumuz tərəfindən layiqətli cavab alacaqlar.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”