Söz ehtiyatı azala bilir, beyinin fəaliyyəti zəifləyir, hətta...

15:17 14-06-2021 | icon 994 | Sağlamlıq
Söz ehtiyatı azala bilir, beyinin fəaliyyəti zəifləyir, hətta...

Nərminə Abbasova: “Bu zaman sümük və oynaqlarda qan tədarükü pozulur”

 

Operativ qərargahın son yumşaldılmalarla bağlı qərarından da bəlli olduğu kimi, virusa yoluxma hallarında yüksək səviyyədə azalma var. Ancaq o da bəllidir ki, COVID-19 həyatımızdan fəsadsız ötüşmür.

 

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bu dəfə oxucularımıza koronavirusdan sonra oynaq ağrılarının kəskinləşməsindən bəhs edəcək.

 

Həkim-terapevt öncə onu vurğuladı ki, koronavirusa yoluxanlarda yanaşı gedən xəstəliklər olanda daha çox ağırlaşma olur və ölüm hallarına təsadüf olunur. Buna əsasən, 35 yaşdan aşağı olan şəxslərdə də ağırlaşma gözlənilən bir haldır:

 

“COVID-də əsas ağırlaşdırıcı hallar piylənmə, şəkərli diabet xəstəliyi olanlarda müşahidə edilir. Bu xəstəliklər gənclərdə də qeydə alınır. Statistikada koronavirusdan vəfat edən şəxslərdə piylənmə, şəkərli diabet, qan dövranı xəstəlikləri və ya oynaq xəstəliklərinin olub-olmaması qeyd olunmur. COVID-19-da yaş senzurası yoxdur. 18 yaşa qədər olanlarda ciddi problem olmur. Digər yaşda olan şəxslər də yoluxa, ağırlaşa, ölüm halları baş verə bilər. Ona görə 35 yaşdan yuxarı şəxslərdə ağırlaşma və ölüm gözlənilən haldır. Yoluxma sayı artdıqca təbii ki, ağırlaşanların və ölənlərin də sayı paralel olaraq artır. Ən çox ağırlaşma yaradan hal soyuqdəymədir. Yaşlı şəxslər daha çox evdə olur və qalın geyinir. Gənclər isə yaşlı nəslə nisbətən daha hərəkətli olduğuna, daha nazik geyindiyinə görə soyuqdəymə halları tez-tez qeydə alınır. Bu da daha çox ağırlaşmaya səbəb olur”.

 

Nərminə xanım onu da qeyd etdi ki, allergik xəstəlikləri olan insanlar infeksion xəstəliklərə o cümlədən yuxarı tənəffüs yollarının infeksiyalarına az tutulur. Həkim bunun allergik insanlarda immunitetin normadan çox olmasından irəli gəldiyini bildirdi:

 

“Təbii ki immunitet də infeksion xəstəliklərdən qoruyur. Məsələn, astma da allergik xəstəliklər qrupuna aiddir. Astma xəstələrinin immuniteti təhrif olunmuş immunitetdir, normadan artıqdır. Buna görə də o şəxslərin koronavirusa yoluxma ehtimalı azdır. Yoluxduqda da çox yüngül keçirirlər”.

 

Həkim deyir ki, COVID demək olar ki, bütün orqan toxumalarını zədələyə bilir. Eyni zamanda, ağciyərdə olan iltihabi proses vaxtında düzgün müalicə olunarsa, hər hansı fəsad olmadan keçə bilir:

 

“Ağciyərin zədələnmə faizi çox olarsa, müəlicə vaxtında, düzgün aparılmazsa və ya COVID xəstəliyi uzun müddət davam edərsə, o zaman ağciyərdə fibroz vəziyyət yarana bilir. Bu zaman alınan oksigenin qana keçməsi ləngiyir, çətinləşir”.

 

Nərminə xanım bildirdi ki, COVID-dən sonra xəstələr adətən uzun müddətli təzyiq yaranmasından, baş, sümük ağrılarından, iştahsızlıq, halsızlıqdan şikayət edir:

 

“Aparılmış tədqiqatlara görə, COVID-in qalıcı fəsadlarından biri də mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. O cümlədən söz ehtiyatı azala bilir, ağıl - beyinin fəaliyyəti zəifləyir, hətta Altsheymer xəstəliyinin yaranmasına səbəb ola bilir. Bu sadalanan ağırlaşma, fəsadlardan ən çox mərkəzi sinir sisteminin zədələnməsi zamanı əmələ gələn ağırlaşmaların daimi və ya uzunmüddətli olması tədqiqatlarla təsdiqini tapıb. Təzyiqin qalxması, sümük ağrıları isə müəyyən vaxt keçdikdən sonra nisbətən azalır və aradan qalxa bilir. COVID həmçinin qaraciyər, böyrəyi də zədələyə bilir. Ancaq qaraciyər, böyrəkdəki fəsadlar müalicənin gedişində adətən aradan qalxır”.

 

Qeyd edək ki, mutasiyaya uğramış virusun yeni ştammı barədə məlumatlar mətbuatda geniş yayılmaqdadır. Həkim-terapevt bildirdi ki, mutasiya istənilən canlının həyatı boyu baş verə biləcək bir prosesdir. Yəni mutasiya hər hansı bir canlının normadan kənar quruluş fenotip, genotip əldə etməsidir. COVID də öz prosesi gedişində təbii ki, mutasiyaya uğrayır:

 

“Mutasiya virusun aqressivliyinin, xəstəlik törətmə qabiliyyətinin artmasına da, azalmasına da səbəb ola bilər. Məsələn, diqqət etdinizsə, pandemiya boyu yay fəsli dövründə Cənubi Koreya, Asiya ölkələri və İndoneziyada aparılan tədqiqatlarda belə bir fikir formalaşdı ki, virus mutasiyaya uğrayıb və xəstəlik törətmə, ağırlaşma vermək qabiliyyəti nisbətən azalıb. Ancaq payız fəsli dönəmində artıq Avropa ölkələrindən məlumat gəldi ki, bu mutasiya aqressivlik formasında da özünü göstərə bilər və Avropada müşahidə olunan mutasiya artıq COVID-in aqressivlik əldə etməsinə səbəb oldu. Həqiqətən də gördüyümüz kimi, 2020-ci ilin payızında olan dalğa yaz və ya yaydakına nisbətən daha ağır formada oldu, daha çox ölümə səbəb oldu”.

 

Nərminə xanım əlavə edib ki, xəstələrin təxminən 20 faizi koronavirus zamanı şiddətli sümük və oynaq ağrısından şikayətlənir. Onun sözlərinə görə, bu şikayətlərin xəstəliyin bitməsindən iki-üç həftə sonra da qalması mümkündür:

 

“Koronavirus infeksiyasından sonra D vitamini səviyyəsi kəskin şəkildə azalır. Bu vitamin kalsiumun sümüklərə çatdırılmasından məsuldur. Yəni D vitamini çatışmazlığı sümüklərin kövrəkliyinə və əsasən yaşlı insanlarda onların sınmasına səbəb ola bilər. Ümumiyyətlə, COVD-19 tromboza səbəb olduğundan demək olar ki, bütün orqan və oynaqlar bundan təsirlənir, sümük və oynaqlarda qan tədarükü pozulur”.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova xəstəlikdən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...