“Şuşa Bəyannaməsi dünyaya möhtəşəm mesaj oldu”

11:42 16-06-2021 | icon 789 | Siyasət
“Şuşa Bəyannaməsi dünyaya möhtəşəm mesaj oldu”

Könül İsmayılova: “MMP olaraq Şuşa Bəyannaməsini təqdir edirik”

 

“Türkiyənin Prezidenti Şuşaya gəldi, Azərbaycan Prezidenti onu Qarabağda qarşıladı, Şuşa Bəyannaməsi imzalandı və bütün bu tarixi hadisə dünyaya möhtəşəm bir mesaj oldu. Amma təəssüf edirəm ki, daxilimizdəki erməni dəyirmanına su tökənlər yenə ağzıgöyçəkliyə başlayıblar. Yenə suları bulandırmaqla öz çirkin niyyətlərini ortaya qoyurlar. Belələri üçün “it hürər, karvan keçər” deyimi lap yerinə düşər”.

 

Bunu Versus.Az-a iki qardaş ölkənin Şuşadakı görüşü, düzənlənən rəsmi tədbirləri, Şuşa Bəyannaməsini şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

MMP yetkilisi qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə müttəfiqliyinin əsasını təşkil edir:

 

“İki qardaş ölkənin prezidenti tərəfindən imzalanan Şuşa Bəyannaməsi siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji, müdafiə və hərbi-texniki sahələri əhatə edərən müttəfiqlik müqaviləsidir. Və bu bəyannaməyə əsasən, Türkiyə Cənubi Qafqazda Azərbaycanın təhlükəsizliyinin qarantı olacaq. Bununla da Azərbaycanın ərazi bütövlüyü toxunulmaz olacaq.

 

Azərbaycana qarşı hansısa təhdid olacağı təqdirdə qarşılarında Türkiyəni görəcəklərini vurğulayan Könül xanım vurğuladı ki, digər tərəfdən, Qarabağın müəyyən bir hissəsində ermeni separtizminə zərbə vurulacaq:

 

“Xüsusilə, Qarabğada silahlı erməni birləşmələrinin fəaliyyətinə son qoyulacaq. Türkiyə Rusiyadan konkret olaraq onların ləğv edilməsini tələb edəcək. Və ən əsası, Rusiyanın Azərbaycana qarşı hərhansı hərbi təzyiqləri neytrallaşacaq”.

 

Prezident İlham Əliyevin Şuşa Bəyannaməsini "Qars" müqaviləsinin bəndlərinə uyğun olaraq qeyd etməsinə də toxunan K.İsmayılova bununla da ölkə başçısının bir daha Türkiyənin Azərbaycanın təhlükəsizliyinin qarantı olduğu mesajını verdiyini vurğuladı:

 

“Şuşa Bəyannaməsində diqqət çəkən əsas bənd "Zəngəzur" dəhlizi idi. Bu isə onu göstərir ki, iki ölkə yaxın perspektivdə dəhliz məsələsinin həllinə nail olacaq”.

 

K.İsmayılova bildirdi ki, bütün dünyanın heyrət və təlaşla izlədiyi Şuşa görüşündəki tarixi anlara kölgə salmağa çalışan “sapı özümüzdən olan balta”lar da kor gözlərini açıb görməlidilər ki, Azərbaycan artıq Türkiyə ilə çox ciddi şəkildə birgə inteqrasiya siyasətinin əsasını qoydu:

 

“MMP olaraq Şuşa Bəyannaməsini təqdir edirik. Bu Bəyannamə iki qardaş ölkə arasında müttəfiqliyinin əsasını qoydu. Bundan sonra ölkələrimizin inkişafındakı yeni töhfələr öz sözünü deyəcək”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...