"Ermənilər QARABAĞ AZƏRBAYCANDIR ifadəsini etiraf edəcəklər"

12:52 16-06-2021 | icon 437 | Siyasət
"Ermənilər QARABAĞ AZƏRBAYCANDIR ifadəsini etiraf edəcəklər"

Fuad Əliyev: "Şuşa Bəyannaməsi Azərbaycan tarixində çox mühüm hadisə ilə yadda qalmaqdadır"

 

"İşğaldan azad olunmuş Şuşa şəhərində Türkiyə ilə ölkəmiz arasında mühüm sənədlər imzalanıb. Türkiyə və Azərbaycan dövlət başçıları imzaladığı müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi ölkələr arasındakı münasibətlərin bütün sahələrini əhatə edir".

 

Bunu Versus.Az-a Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri qeyd edib ki, Şuşa Bəyannaməsində Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır:


"Hesab edirəm ki, Şuşa Bəyannaməsi Cənubi Qafqaz regionunun gələcək taleyini həll edəcək bir sənəddir.
İlham Əliyev və Tayyüb Ərdoğan Şuşa Bəyannaməsində qeyd olunan kimi, qarşılıqlı öhdəliklərlə hərbi müttəfiqliyi rəsmiləşdirmiş oldular".


Fuad Əliyev digər bir məqam kimi sənəddə Azərbaycan və Türkiyəni birləşdirəcək avtomobil və dəmir yolu xəttinin inşasının nəzərdə tutulmasını qeyd edib:

 

"Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi ilə bağlı layihənin reallaşdırılmasında siyasi iradəni rəsmən bəyan etdilər. Zəngəzur dəhlizinin Qərblə Şərqi birləşdirəcək nəqliyyat-kommunikasiya marşrutu olacaq.
Zəngəzur dəhlizindən keçən nəqliyyət-kommunikasiyalar qonşu ölkələrin marağındadır. İran və Rusiya regionun inkişafına yönəlik layihələrə dəstək verəcəklərini bəyan ediblər. Mən bir neçə il bundan qabaq da deyirdim ki, Türkiyə-Rusiya tandemi formalaşır, onlar qeyri rəsmi, 30-40 illik, strateji məsələlərdə razılaşma əldə ediblər. İndi görürük ki, bu tandem Qarabağın işğaldan azad olunması məsələsində öz təsirini göstərdi.
Tayyüb Ərdoğan Ermənistandan ona uzadılan xoş niyyətləri və ortaq gələcəyi birlikdə qurmaq fürsətini düzgün dəyərləndirməyə ümid edib. Mən də umid edirəm ki, ermənilər “Qarabağ Azərbaycandır” ifadəsini yaxın bir zamanda etiraf edəcəklər".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...