"Şuşa Bəyanaməsi Azərbaycana çox sürətli inkişaf vəd edir"
Nizami Verdiyev: "Ermənistan bu layihələrdə iştirak etməsə, Azərbaycan heç nə itirməyəcək"
"Şuşada imzalanan müttəfiqlik münasibətləri haqqında Bəyənnamə mahiyyət baxımından çox mühümdür. Nəzərə almaq lazımdır ki, Bəyənnamədə siyasi, sosial, iqtisadi, nəqliyyat, hərbi, enerji kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur. ALDP sədri Fuad Əliyev müsahibələrinin birində deyib ki, yaxın bir zamanda ermənilər etiraf edəcəklər ki, Qarabağ Azərbaycandır. Bir neçə gün bundan qabaq Levon Ter-Petrosyanın açıqlamasına baxın, deyir ki, biz hər şeyimizi itirmişik. Qarabağ da bizim üçün itib, artıq bu məsələ əhəmiyyət kəsb etmir. Artıq beynəlxalq aləm Qarabağ məsələsini Azərbaycan tərəfində hesab edir. Erməni xalqı da bunu dərk etməlidir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.
Partiya yetkilisi vurğulayıb ki, Şuşa Bəyanaməsi Azərbaycana çox sürətli inkişaf vəd edir. Azərbaycanın bütün sahələr inkişaf edəcək:
"Sosial, iqtisadi, turizm sahələrdə ölkəmizə inkişaf vəd edir. Artıq Zəngəzur yolu da açılacaq, Şuşada konsulluq da açılacaq. Qarabağ bölgəsində 2-3 beynəlxalq səviyyəli aeroportların tikilməsi həm bölgənin, həm də Azərbaycanın inkişafına təkan verəcək. Cənubi Qafqaz ölkələrə və yaxın qonşuların iqtisadi inkişafına əlavə imkanlar yaradacaq. Altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaqdır. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir".
N.Verdiyev qeyd edib ki, Ermənistanın indiki hakimiyyəti, yaxud bundan sonrakı hakimiyyət torpaq iddialardan əl çəksələr, onda bütün iqtisadi layihələrdən bəhrəniləcəklər:
"Hər halda Ermənistan iştrak etməsə bu layihələrdə, Azərbaycan heç nə itirmiyəcək. Azərbaycan onlarsız da inkişaf edəcək".
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”