Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

17:24 21-06-2021 | icon 332 | Siyasət
Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

“Avropa Şurasının fundamental hüquqlarından olan söz azadlığından birtərəfli məlumatların yayılması üçün istifadə edirlər”.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov qurumun bu gün öz işinə başlayan yay sessiyasında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, büronun fəaliyyətinə həsr olunmuş hesabatda AŞPA-nın sonuncu sessiyasından etibarən baş verən ən əlamətdar hadisələr yer almalıdır:

“Bununla belə, iyunun 12-də Azərbaycanla Ermənistan arasında baş verən razılaşma haqqında burada heç bir məlumat verilmir. Bu razılaşma nəticəsində Azərbaycanın Ağdam rayonundakı mina sahələrinin xəritəsi Ermənistan tərəfindən Azərbaycana təqdim edilib və bunun əvəzində bir sıra erməni əsir azad edilib. Lakin bunun əksinə olaraq, əsirlərə qarşı humanitar hüquqa zidd şəkildə rəftar olunması haqqında yoxlanılmamış, yalan məlumatlar verilir. Yəni birtərəfli məlumatlara rast gəlirik. Fundamental hüquqlarımızdan olan söz azadlığından birtərəfli və yoxlanılmamış məlumatların yayılması üçün istifadə edilməməlidir. Məsələlər tam şəkildə öyrənilməlidir. İki ölkə arasında barışığın yaranmasına çalışılmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...