"Hakimiyyət təxirəsalınmaz addımlar atmalıdır"
ADP: “Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması başqa ölkələr üçün təhdid yaratmır”
iyunun 21-də ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları ilk növbədə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa bəyannaməsini təqdir edib və bu bəyannamənin hər iki dövlətin strateji maraqlarına uyğun olmaqla, bölgədə sülhün və əməkdaşlığın qorunmasına xidmət edəcəyinə əminliyini ifadə edib.
Bu barədə Versus.az-a ADP-dən məlumat verilib.
Toplantıda qeyd edilib ki, Müttəfiqlik Bəyannaməsinin müddəalarının iki ölkə arasında bütün sferaları əhatə etməsi onun tarixi dəyərini əks etdirməklə yaxın zamanda konfederativ dövlət formasına keçid üçün zəmin hazırlayır. Bildirilib ki, Azərbaycan hakimiyyəti bəyannamədən irəli gələn müddəaların praktik həyata keçirilməsi üçün təxirəsalınmaz addımlar atmalıdır.
İdarə Heyəti bu bəyannamədən sonra Rusiya rəsmilərinin Türkiyənin Azərbaycanda hərbi baza yaratmasını hərbi-siyasi maraqlarına zidd olduğunu dilə gətirməsini Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirib. Qeyd edilib ki, Rusiyanın Ermənistan ərazisində hərbi baza saxladığı halda suveren dövlət olaraq Azərbaycanın öz ərazisində Türkiyə hərbi bazasının yaradılması başqa ölkələr üçün təhdid yaratmır və bu addımın gerçəkləşməsi iki xalqın iradəsi əsasında həyata keçirilən məsələdir.
İdarə Heyəti Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirib və bu seçkilərin Ermənistan xalqının iradəsini əks etdirməklə demokratik seçkilər olduğunu bildirib.
İdarə Heyəti İranda keçirilən prezident seçkilərinin bu ölkənin dini kurualların uyğun keçirildiyini, mühafizəkar kəsimin nümayəndəsi İbrahim Rəisinin seçilməsindən sonra adı çəkilən ölkədə demokratik dəyişikliklərin baş tutmasının az ehtimal olunduğunu bildirib, eyni zamanda kimin seçilməsindən asılı olmayaraq Azərbaycanın İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb. Partiya rəsmiləri həmçinin son vaxtlar Cənubi Azərbaycanın bir çox əyalətlərində başqa ölkələrdən gətirilmiş kürd etnik kökənli dəstələrlə soydaşlarımız arasında süni şəkildə yaradılan münaqişələrdən ciddi narahat olduğunu bildirib və İran hakimiyyətini milli hissləri zədələyən, millətlər arasında nifaq salan bu cür hərəkətlərdən çəkinməyə çağırıb.
LƏMAN
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”