Dövlət komitəsində diaspor rəhbəri ilə görüş keçirilib

18:13 22-06-2021 | icon 292 | Siyasət
Dövlət komitəsində diaspor rəhbəri ilə görüş keçirilib

İyunun 21-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə ilə görüşü keçirilib. 

 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

 

Görüş zamanı komitə sədri son illər ərzində Azərbaycanın diaspor quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərdən, Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin xaricdə tanıdılması istiqamətində görülmüş işlərdən danışıb, qarşıda duran başlıca vəzifə və məqsədlər haqqında fikirlərini bölüşüb. Eyni zamanda, Küveytlə Azərbaycan arasında əlaqələrin inkişafında diasporun rolunun artırılması, həmvətənlərimizin təşkilatlanması, Küveytdəki türkdilli xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə isə ötən dövr ərzində Küveytdəki Azərbaycan diasporu tərəfindən həyata keçirilmiş tədbirlərlə bağlı ətraflı məlumat verib. Daha sonra Könül Hacızadə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun vətən müharibəsindəki tarixi qələbəsi Küveytdə yaşayan azərbaycanlılar tərəfindən yüksək coşqu və sevinclə qarşılanıb. Görüş zamanı Küveytdə Azərbaycan diasporu tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə də fikir mübadiləsi aparılıb.

 

Sonda komitə sədri Fuad Muradov tərəfindən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadəyə Azərbaycanın Küveytdə təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətindəki xidmətlərinə görə “Təşəkkürnamə” təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...