"Bu, prezidentin məqsədyönlü addımlarının nəticəsidir”

08:45 23-06-2021 | icon 957 | Siyasət
"Bu, prezidentin məqsədyönlü addımlarının nəticəsidir”

Fuad Əliyev: "Ermənistanın beynəlxalq qanunları pozduğu dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb"

 

“Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana verməsi Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli və məqsədyönlü addımlarının nəticəsidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

ALDP sədrinin sözlərinə görə, mina xəritələrinin verilməsi ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi öz nəticəsini verdi:

 

“Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi bunu sübut edir. Çünki bu məsələdə Ermənistanın beynəlxalq qanunları pozduğu və Azərbaycanın haqlı olduğu dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb”.

 

Fuad Əliyev deyib ki, mina xəritələrinin verilməsi dövlət başçısının qətiyyəti nəticəsində əldə edilən növbəti diplomatik uğurdur:

 

“Bu hadisəni Azərbaycanın xarici siyasətdəki növbəti nailiyyəti hesab etmək olar. Bu baxımdan mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın təhlükəsizliyini təmin edəcək, işğaldan azad olunmuş ərazilərin bərpasını və Böyük Qayıdışı sürətləndirməyə imkan verəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...