Parlamentin spikeri Silahlı Qüvvələrimizi təbrik etdi
Milli Məclisin növbəti iclası öz işinə başlayıb.
Spiker Sahibə Qafarova giriş nitqində bildirdi ki, sabah Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümüdür. “Əzəli və tarixi torpaqlarımız olan Qarabağ mənfur düşmənlərimizin əsarətindən azad edilib. Bu gün biz yurd yerlərimizə qayıdırq, bu haqqı bizə şanlı ordumuz, Ali Baş Komandan yaradıb. Biz şəhidlərimizi heç zaman unutmayacağıq”, - deyə, S.Qafarova bildirdi.
Sədr inamla qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı ilərdə də daim inkişaf edəcək. S.Qafarova sonda Silahlı Qüvvələrimizi təbrik etdi, şərəfli missiyasını yerinə yetirmək yolunda uğurlar arzuladı. Deputatlar Sədrin bu təbrikinə alqışlarla qarşılıq verdilər.
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”