“Onlar Ermənistan dəyirmanına su tökürlər”

15:07 25-06-2021 | icon 536 | Siyasət
“Onlar Ermənistan dəyirmanına su tökürlər”

Siyavuş Novruzov: "Mən insanlara çağırış edirəm ki, bu cür addımlara inanmasınlar”

 

“Son dövrlərdə mətbuatda ayrı-ayrı qüvvələr tərəfindən insanların azad olunmuş ərazilərə dərhal köçürülməsi məsələsi ortaya atılır”.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov danışıb.

 

O qeyd edib ki, insanlarn təhlükəsizliyi üçün bu prosesdə tələsmək düzgün deyil:

 

“Ağdamın mina xəritəsi veriləndə 97 min minanın yerləşdirildiyi qeyd edilib. Bu hələ təqdim edilən sənəddə belə idi, reallıqda, görün, nə qədər çoxdur. Biz sosial şəbəkələrdəki bu çağırışa qarşı çıxmalıyıq. Hər şeydə dövləti günahlandıran partiya sədrləri nə vaxt bir qaçqının yanında oldular, nə vaxt bir qazini xəstəxanada ziyarət ediblər. Onlar suyu bulandırmaqla Ermənistan dəyirmanına su tökürlər. Ərazilərimiz minalardan təmizlənib, gözəl şəhərlər salınacaq. Mən insanlara çağırış edirəm ki, bu cür addımlara inanmasınlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...