KTN-nin bədxahlara əməli CAVABI

22:10 25-06-2021 | icon 727 | İqtisadiyyat
KTN-nin bədxahlara əməli CAVABI

Bu il Azərbaycanda taxıl istehsalı rekord həddə çata bilər

 

 

 

 

MÜRVƏT HƏSƏNLİ
/iş adamı/

 

Respublikada taxıl biçini davam edir. KTN-nin iyunun 24-də yaydığı operativ məlumata görə, artıq 578250 hektar sahədə biçin başa çatıb. Sahələrdən 1832176 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlığın 31,7 sentner olduğu bildirilir.

 

Cari ildə ölkədə 986685 hektar ərazidə payızlıq taxıl əkini aparıldığını nəzərə alsaq, biçilən ərazilər ümumi taxıl sahələrinin 60 %-nə bərabərdir. İndiyə qədərki məhsuldarlığın 31.7 faiz olması da pis göstərici deyil. Bunu ötən il iyunun 3-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində taxıl biçininə başlanması mərasimində iştirak edən Prezident İlham Əliyevin özü də qeyd edərək bildirmişdi:

“Bu il də quraqlıqdır, keçən il də quraqlıq idi. Amma keçən il biz rekord səviyyədə məhsuldarlığı təmin edə bildik. Azərbaycanda heç vaxt hektardan məhsuldarlıq 32 sentner olmayıb. Özü də iri fermer təsərrüfatlarında təqribən 50 sentnerə çatıb”.

 

Prezidentin bu sözlərindən aydın olur ki, KTN-nın cari ildə indiyədək ərzaq təhlükəsizliyinin əsas bazası sayılan taxılçılıqda göstərdiyi performans ölkə rəhbərinin məhsuldarlıq hədəfi kimi müəyyənləşdirdiyi rəqəmə yaxındır. Üstəlik, bu nisbət getdikcə artacaq və yəqin ki, respublika səviyyəsində yeni rekord qırılacaq. Ona görə ki, KTN-nin prinsiplərinə əsasən, ilk əvvəl 50 hektara qədər sahələri olan kiçik təsərrüfatların məhsulu yığılır. Sözsüz ki, bu yanaşma Azərbaycan hakimiyyətinin sosial yönümlü aqrar siyasət anlayışından qaynaqlanır və ölkə əhalisinin mühüm hissəsini təşkil edən kiçik təsərrüfatlara qayğıdan xəbər verir. KTN bəlkə də bu prinsipi əldə rəhbər tutmasaydı, rayonlardakı icra hakimiyyətlərinin tərəfkeşliyi nəticəsində bütün texnikalar iri müəssisələrin xidmətinə verilər və kənd əhalisi ədalətsizliklə üzləşərdi. İndi isə ilk növbədə sadə kəndlilərin, daha sonra isə iri müəssisələrin məhsulu yığılır. KTN-nin sadə kəndlilərə bu diqqəti Türkiyənin qurucu lideri Mustafa Atatürkün məşhur ifadələrini yada salır: “Kəndli ölkənin əfəndisidir”.

 

Taxılçılıqla məşğul olan kiçik təsərrüfatlar ümumi sahəsi 1 milyon ha-ya yaxın taxıl zəmilərinin haradasa 78%-ni təşkil edir. İndiyədək ümumi taxıl zəmilərinin cəmi 60%-nə yaxınının biçilməsi onu göstərir ki, hələ buğda biçinində iri təsərrüfatlara keçilməyib. Buna rəğmən məhsuldarlığın 2019-cu il səviyyəsinə yüksəlməsi yəqin ki, arpa biçinin tam başa çatması ilə əlaqədardır. Görünür, iri təsərrüfatların arpa biçini məhsuldarlığın artmasında önəmli rol oynayıb. Çünki prezidentin də dediyi kimi, bu təsərrüfatlarda məhsuldarlıq 50 s/ha səviyyəsində olur. Bu da istər-istəməz ümumi məhsuldarlığı artırır.

 

Bizim irəli sürdüyümüz ehtimalı KTN-nin biçinin ilk başladığı günlərlə indiki dövr arasındakı məhsuldarlıq fərqi də təsdiqləyir. Nazirliyin iyunun 1-nə olan operativ məlumata görə, 19666 hektar arpa sahəsində biçin aparılmış və 54600 ton məhsul yığılmışdı. Biçinin start mərhələsində arpa üzrə orta məhsuldarlıq isə 27,8 sentner təşkil etmişdi. İyunun ilk yarısına qədər davam edən arpa biçini zamanı iri müəssisələrin də məhsulu biçildiyindən məhsuldarlığın göstərici artmış, daha sonra buğda yığımına start veriləndə isə indiki 31.7 s/ha səviyyəsində sabitlənmişdir.

 

Ümumi taxıl sahələrinin 62%-nin buğda, 38%-nin arpa olduğunu nəzərə alsaq, biçin irəlilədikcə, məhsuldarlığın da yüksələcəyi şübhə doğurmur. Zənnimcə, bu statistik rəqəmlər və Prezidentin ötən biçin mövsümündə söylədiyi fikirlər KTN-nin və nazir İnam Kərimovun fəaliyyətinə kölgə salmaq istəyən bədxahlara verilmiş ən sanballı cavabdır. Və İnam Kərimovun rəhbərliyi altında fəaliyyət göstərən KTN öz cavabını boş sözlərlə deyil, əməli işiylə cavablandırır.

 

O ki qaldı Azərbaycanda taxılçılığın ərzaq təhlükəsizliyi hədəflərini tam reallaşdırmamasına və hələ də idxaldan asılı vəziyyətdən xilas olmamağımıza, mən bu faktı inkar etmirəm. Həqiqətən də kənd təsərrüfatının digər sahələrində nəinki özümüzü təmin edəcək səviyyəyə gəldiyimiz, hətta xaricə məhsul satdığımız halda taxılçılıqda bu hədəfi reallaşdıra bilməməyimizin obyektiv səbəbləri var.

 

Açıq etiraf etməliyik ki, Azərbaycan su qıtlığından əziyyət çəkən ölkədir. Üstəlik, bəzi sahələrdə dəmyə əkinçiliyinin aparılması da istənilən səviyyədə məhsul götürmək imkanlarını azaldır. Ən əsası isə tarixin heç bir dövründə taxıl bitkisinin yerli şəraitə uyğunlaşdırılması, yeni sortların yaradılması və seleksiyası qısa zaman ərzində əmələ gəlmir. Bunun üçün uzun illər tələb olunur.

 

Digər tərəfdən eyni sort toxumun uzun illər əkilməsi də onun cırlaşmasına səbəb olur və bu yeni buğda sortlarının yaradılması davamlı xarakter alır. Əlbəttə ki, bütün bunlar elmi tədqiqat institutlarının işidir və mən bildiyimə görə, KTN bu sahəyə də xüsusi diqqət ayırır. Ümidvaram ki, yaxın gələcəkdə Azərbaycan özünün ən uğurlu taxıl toxumlarını kəşf edəcək və bu da ümumi işimizi yaxşılaşdıracaq. 

 

Qarabağın işğaldan azad olunmuş ərazilərinin də əkinçiliyə qazandırılması Azərbaycanın taxılçılıq sahəsinə ciddi töhfələr verəcək. Belə ki, Dağlıq Qarabağ ermənilərinin əkib-becərdiyi taxıl sahələrinin 90%-i artıq işğaldan azad olunub. Bu sahələr isə kiçik görülməyəcək miqdarda taxıl yetişdirmək qabiliyyətinə malikdir. Erməni statistikalarına inansaq, Qarabağ erməniləri həmin sahələri əkib becərməklə təkcə öz taxıl tələbatlarını ödəmir, həm də Ermənistanın illik taxıl ehtiyaclarının 17%-ni təchiz edirdilər. İndi həmin ərazilər bizdədir və Azərbaycan taxılçılığının inkişafına təkan verəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin