"Partiyamızın sədri bu məsələləri diqqətdə saxlayır"
Lalə Quliyeva: "Poblemlərin həlli qadınların maarifləndirilməsindən keçir"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının konfransı keçiriləcək. Bununla bağlı müvafiq hazırlıq işləri aparılır.
Bu barədə Versus.Az-a ALDP Qadınlar Şurasının sədri Lalə Quliyeva məlumat verib.
L.Quliyeva bildirib ki, hazırlıq işləri normal gedir və artıq təşkilat komitəsi yaranıb:
"Konfransda Qadınlar Şurasın yeni sədr və onun müavinlər seçiləcək. Demək olar ki, gələn həftə bütün işlər yekünlaşacaq və təxminən sentyabrın əvvəlində konfrans baş tutacaq".
Qadınların bu gün hansı problemlərlə üzləşməsi məsələsinə də toxunan L.Quliyeva qeyd edib ki, onların üzləşdiyi problemlər çoxdur:
"İşsizlik, ailə zorakılığı, boşanma nəticəsində üşaqları tək böyütmək kimi problemləri sadalaya bilərəm. Mənim fikrimcə, problemlərin həlli qadınların maarifləndirilməsindən keçir. Çalışacağıq ki, əsas işimizi bu istiqamətdə quraq".
ALDP-nin Qadınlar Şurasının konfransından sonra fəaliyyət istiqamətlərinin hansı məsələlərə daha çox üstünlük veriləcəyinə gəlincə, L.Quliyeva fəaliyyət istiqamətlərinin konfransda müəyən ediləcəyini vurğulayıb:
"Hər halda, bu ilin axırına qədər bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub. Digər qadın təşkilatlarla əlaqə qurub problemləri birgə müzkirə etməyi düşünürük".
L.Quliyeva ALDP sədrinin qadınların cəmiyyətdə üzləşdiyi problemərin həlli ilə bağlı fikirlərinə də toxunub:
"Partiyamızın sədri Fuad Əliyev bütün müsahibələrində və tədbirlərdəki çıxışlarında həmişə qadınlara dəstək olacağını bildirib. Onun fəaliyyətindən də bunu açıq görmək olar. Qadınlar Şurası olaraq ALDP sədrinə öz təşəkürümüzü bildiririk ki, qadınların cəmiyyətdə üzləşdiyi problemlərin həlli ilə bağlı köməklik edir".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”