Heyvan kəsimi məntəqəsində YOXLAMA

12:50 29-06-2021 | icon 433 | İqtisadiyyat
Heyvan kəsimi məntəqəsində YOXLAMA

Ağdam rayonu, Mahrızlı kəndi ərazisində fəaliyyət göstərən, fiziki şəxs İmanov Emin Məhəmmədəli oğluna məxsus heyvan kəsimi məntəqəsində monitorinq keçirilib.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Versus.Az-a verilən məlumata əsasən, yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi, kəsimi və satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçilərin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və dövrü olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub.

 

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq heyvan kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı müvafiq göstərişlər verilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI