“Bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız”

13:54 29-06-2021 | icon 379 | Siyasət
“Bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız”

Razi Nurullayev: “Belə getsə, qanundan kənar işlər çoxalacaq və...”

 

Maska taxmayıb deyə deputatı öldürmək, asmaq lazımdır? Nədir bu aqressivliyin səbəbi? Bir vətəndaş cərimə olunanda elə bilirəm ki, məni cəriməlıyiblər. Yəni mənim vətəndaşa mövqeyim budur, ona doğma yanaşmamdır. İnanmıram ki, elə deputat olsun ki, o vətəndaşın cərimə edilməsinə sevinsin.

 

Versus.Az xəbər verir ki, bunu həmkarı Ramil Həsənin maska taxmadığı üçün cərimələnməsinə münasibət bildirən deputat Razi Nurullayev deyib.

 

Deputat qeyd edib ki, əslində, qanun qəbul olunanda deputatlara şamil olunmaması qeyd edilmişdi:

 

“Etiraz etmirəm, qanunu dəyişək və sonra isə hamısını tutub cərimələsinlər. Amma indiki qanunla Ramil müəllimin cərimələnməsi qanunaziddir. Bir də qanunu açıb baxacam. Demirəm ki, deputat kimdənsə artıqdır, qanunu deyirəm. Deputat da bir vətəndaşdır”.

 

Razi Nurullayev vurğulayıb ki, adıçkilən deputatın ailə məsələsində kimin haqlı, kimin haqsız olduğunu bilmir və bunu aidiyyatı orqanlar araşdırır. Qeyd edib ki, hər kəsin bir haqlı və haqsız tərəfi olur:

 

“Mənə həyatda xoş gəlməyən bir cəhət var və istəməzdim ki, bunu insanlarımızda görüm. Axı, bizim gözəl insanlarımız var. Kiminsə toruna düşüb maşınında vint olmaqdan çəkinin. Onların həm maddi, həm də digər maraqları var? Sizlər isə bu deputatın üzərinə getməklə dəllallara pul qazandırırsınız.

Bizim cəmiyyətdə ədalət tərəzisi tam pozulub və ədalət deyilən məfhum yaddaşlardan silinir. Belə getsə, qanundan kənar işlər çoxalacaq və bu da cəmiyyətin əsaslarını söküb atır”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...