“Volt Azərbaycan” CƏRİMƏLƏNDİ

10:39 30-06-2021 | icon 427 | İqtisadiyyat
“Volt Azərbaycan” CƏRİMƏLƏNDİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən çatdırılma xidmətləri bazarında rəqiblərin üzərində əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə və antiinhisar qanunvericiliyinin pozulmasına yol verdiyi üçün “Volt Azərbaycan” MMC barədə tədbir görülüb.

 

Xidmətdən Versus.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, "Volt Azərbaycan" MMC iaşə müəssisələri ilə bağladığı müqavilələrdə əsas tələb kimi yalnız özünün müstəsna kuryer (çatdırılma) xidməti göstərən şirkət olması şərtini qoyub.

 

Bununla əlaqədar “Volt Azərbaycan” MMC tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub.

 

Qanun pozuntusu hallarının aradan qaldırılması barədə “Volt Azərbaycan” MMC-nin qarşısına tələb qoyulub və haqsız rəqabətə yol verdiyi üçün müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.

 

Qeyd edək ki, şirkətə qarşı iş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı qaldırılıb. Haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar yazılı şəkildə və ya 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI