"Düşünürəm ki, buna haqqım çatır, səbrsizliklə cavab gözləyirəm"

12:10 01-07-2021 | icon 355 | Siyasət
"Düşünürəm ki, buna haqqım çatır, səbrsizliklə cavab gözləyirəm"

Hafiz Hacıyev: "...Heç olmasa Kəlbəcəri ziyarət etməyimə şərait yaradın"

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən Moderator.az-a çox maraqlı bir məktub daxil olub.

 
 
Versus.Az həmin məktubu təqdim edir:
 
 
"Bizi ötən il dünyanın ən bəxtəvər xalqı edən Uca Allaha şükür edir və Ali Baş Komandanın rəhbərliyi altında ermənilərə dağ çəkən silahlı qüvvələrimizin hər bir üzvünə minnətdarlığımı bildirirəm. Bu millətə qənim kəsilmiş namus ləkəmizi öz qanları ilə silən şəhidlərimin müqəddəs ruhları qarşısında baş əyir və Qazilərimzə Allahdan şəfalar diləyirəm. 
 
 
Amma sevincimiz qursağımızda qaldı desəm, kimsə məni qınamasın. Elə zənn edirdik ki, 28 illik həsrətimizə son qoyan Azərbaycan əsgəri çox qısa zamanda heç olmasa bircə dəfə o dağılmış yurd yerlərini ziyarət etməyə və işğaldan öncə şəhidlik zirvəsinə ucalaraq o torpaqlarda uyuyan, bir çoxlarının məzarı dağıdılan və yer üzündən silinən şəhidlərimizin ruhlarına dualar oxumağa imkan yaradacaq. Amma ermənilərin darmadağın edilməsindən 8 ay keçsə də mina təhlükəsini əldə bayraq edərək bizi bu imkandan məhrum ediblər. Mən hər şeyi anlayıram və mina təhlükəsindən də, hökumətin bu istiqamətdə atdığı addımlardan da xəbərdaram. Amma onu da bilirəm ki, işğaldan azad edilmiş rayonları aşkar-gizli bu günədək on minlərlə adam ziyarət edib və hamı öz doğulduğu kənddən, evdən və ya məzarlıqdan çoxsaylı fotolar-videolar paylaşıb. Mən də səlahiyyət sahiblərinə səslənirəm ki, əslən əzəli Azərbaycan torpaqlarında yerləşən Ermənistandan - Basarkeçər rayonunun Zod kəndindən olsam da, bütün həyatım Kəlbəcərdə keçib və sovetlərin dönəmində orada komsomol təşkilat katibi olmuşam. Demək olar ki, karyerama o torpaqlarda başlamışam və uzun illər Kəlbəcərin çörəyini yemişəm, suyunu içmişəm, o camaatın xeyir-şərində iştirak etmişəm. Ona görə də özümü heç də kəlbəcərlilərdən ayrı hesab etmirəm.
 
Xatirinizdədirsə, işğaldan sonra hökumətə səsləndim ki, keçmiş Dağlıq Qarabağ ərazisində ipə-sapa yatmayanları haqq yoluna gətirmək üçün məni Xankəndinə mer qoysunlar və orada yaşayan yeddidən yetmişə bütün ermənilərin Azərbaycan bayrağını ehtiramla öpüb gözlərinin üstünə qoymalarını, Azərbaycan qanunlarına biət etmələrini təmin edim. Amma sözümü qəribçiliyə saldılar. Ona görə də indi səlahiyyət sahiblərinə səslənirəm ki, Xankəndinin meri olmaq arzumu gözümdə qoydunuz, heç olmasa ana vətənim, doğma yurdum hesab etdiyim Kəlbəcəri bircə dəfə ziyarət etməyimə şərait yaradın. Ümid edirəm ki, bu dəfə səsim eşidiləcək və Kəlbəcərin xarabalıqlarını, viran qoyulmuş yurd yerlərimizi, dağıdılmış məzarlıqlarımızı öz gözlərimlə görəcəm. Düşünürəm ki, buna haqqım çatır. Səbrsizliklə cavab gözləyirəm".
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...