Yeni cərimələrlə bağlı bəzi məsələlərə aydınlıq gətirildi

15:18 01-07-2021 | icon 360 | İqtisadiyyat
Yeni cərimələrlə bağlı bəzi məsələlərə aydınlıq gətirildi

Bu gündən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların istifadəsi qadağan edilir.

 

Versus.az xəbər verir ki, bundan sonra bu məhsulların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsinə icazə verilməyəcək.



Sözsüz ki, bu cür qərarın qəbul edilməsi cəmiyyət arasında müxtəlif suallar yaradıb. Əsasən pandemiya dönəmində insanları bu qabların hansı məhsulla əvəz olunması maraqlandırır.



Çünki su içmək üçün nəzərdə tutulan plastik stəkanlardan gün ərzində yüzlərlə, hətta yay fəslini nəzərə alsaq minlərlə insanın istifadə edir.



Milli məclisin deputatı Naqif Həmzəyev açıqlmasında insanları düşündürən bəzi məsələlərə aydınlıq gətirib.



“Uzun illərdir Avropa və digər inkişaf etmiş ölkələrdə plastik torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan qabları bio materiallardan hazırlanmış məhsullar əvəz edir. Xatırlayırsızsa Sovet dönəmində də bu məhsulları kağız və ipdən hazırlanmış torbalardan əvəz edirdi. Bu gündən biz də bir vətəndaş kimi çalışmalıyıq ki, qaydalara əməl edərək ətraf mühiti qoruyaq. Marketlərə getdiyimiz zaman özümüzlə bu torbalardan götürək”.



Söhbət zamanı deputat plastik məhsulların ətraf mühitə verdiyi ziyanlardan da danışıb.

 

“Plastik qablaşdırma tulantıları xüsusəndə politelen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu günədək istehsal olunan plastik qablaşdırma məhsulların 50 %-i son 20-25 il əsrzində istehsal olunub. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil miqdarının artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmasa ətraf mühüti və ümumiyyətlə təbiəti çirkləndirir. Bundan başqa plastik torbalar kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Həmçinin dəniz və okeanlarda balıqların və canlıların məhvinə gətirib çıxarır.

 

Beynəlxalq təcrübəyə baxsaq görərik ki, 1994-cü ildən Danimarkada pulsuz politen torbalarının paylanmasına vergi tətbiq olunub. Daha sonra bu torbalar ödənişli olduqdan sonra ona təlabat 90 % azalıb. 2011-ci ildə isə İtaliyada yüngül plastik torbaların istifadəsinə qadağa qoyulub. Bu da plastik torba istehlakının 50% azalmasına gətirib çıxarıb”.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-2020-ci illərdə “Azərbaycanda plastik qablaşdırma tullantıllarının ətraf mühitə təsirinin azaldılmasına dair” tədbirlər planına əsasən “Ətraf mühitin mühafizəsi” haqqında qanun layihəsində dəyişikliklər qəbul edilib.

 

Bu dəyişikliklərə əsasən 15 mikrona qədər olan politelen torbaların habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, bıçıq, boşqab və stəkanlarının sahibkarlar tərəfindən idxalı, istehsalına və satılmasına qadağa qoyulub. Qanuna əməl etməyənlər üçün isə İnzibati xətalar məcəlləsində xüsusi cərimələr nəzərdə tutulub.

 

Naqif Həmzəyev bu cərimələrdən də söz açıb. O, bildirib ki, lahiyə politelen torbaların münasibətdə 2021-ci ilin yanvar 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullar isə 2021-ci ilin iyulun 1-dən qadağan edilir.

 

“Bu qağalara əməl etməyən obyekt sahibləri və istehsalçılar üçün xüsusi cəzalar tərtib olunub. Bu zaman plastik qablar müsadirə edilməklə vəzifəli şəxslər 1000 – 1500 manata, hüquqi şəxslər isə 3000 -4000 manata qədər cərimə ediləcək. Əgər cərimələnən insan yenidən bu qadağaya məhəl qoymasa o zaman vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər isə 4000-5000 manat cərimə ödəməli olacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol