Azərbaycanda talassemiya xəstələrinin əsas problemi AÇIQLANDI

18:23 02-07-2021 | icon 437 | Sağlamlıq
Azərbaycanda talassemiya xəstələrinin əsas problemi AÇIQLANDI

Bu gün talassemiya xəstələrinin ən böyük problemi donorların tapılmamasıdır.

 

Versus.Az-ın məlumatına görə, bu sözləri TƏBİB-in canlı yayımında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

 

Onun sözlərinə görə, ailələrdə uşaq sayının az olması və ya ikinci uşaqların xəstəliklə doğulması donor problemlərini daha da artırır:

 

“Talassemiyalı xəstələrdən cəmi 10 faizinin bacı-qardaşlarından donorları tapıla bilir. Bu isə çox az göstəricidir. Talassemiya pasiyentlərinin böyük bir hissəsinin donoru yoxdur. Biz bununla bağlı beynəlxalq reyestrlərə müraciət edirik. Ölkəmizdə bu reyesterin qurulması iki ildir davam edir.

 

Reyesterin qurulması üçün xüsusi proqramlar və göstəricilər var. İlk növbədə ölkədə kök hüceyrəsini və ya iliyini verə biləcək insanların sayının çox olmasıdır. Bu say müəyyən həddə çatdıqda infrastrukturunun qurulması ilə tənzimlənəcək. Bizə dövlət qurumlarının ciddi dəstəyi lazımdır. Belə ki, hüceyrələrin sərhəddən keçirilməsi, şüalarla təmasda olmaması, xüsusi personalın hazırlanması və s. işlərdən sonra düşünürəm ki, gələcəkdə bu problemlər öz həllini tapacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...