"Təxribatlara atəşlə yox, hücumla cavab verməliyik"

18:35 09-07-2021 | icon 871 | Siyasət
"Təxribatlara atəşlə yox, hücumla cavab verməliyik"

Fuad Əliyev: "Axırıncı separatçının da torpaqlarımızdan çıxarılmasını bizim əsgərlər edəcək"

 

Rusiya Azərbaycanı Kollektiv Təşkilatı Müqaviləsi Təşkilatında görmək istəyindən vaz keçmir. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində erməninin əlinə silah verib üstümüzə qaldırdığı bir vaxta bir yandan da bu iddialar onun imperialist iddialarından əl çəkmədiyini göstərir. Rusun məsuliyyətində olan ərazilərdə silahlı ermənini tərksilah etməməsi prosesi hansı istiqamətə sürükləyir? Erməni özbaşınalığına nə zaman son qoyulacaq?

 

Məsələylə bağlı Versus.az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ilk növbədə Azərbaycanın KTMT-na cəlb olunması məsələsinə toxunaraq, bu məsələnin yeni olmadığına diqqət çəkib.

 

Partiya sədri vurğulayıb ki, bu söz-söhbətlər çoxdan var:

 

“Lakin bu təşkilata üzv olmaq üçün gərək təşkilatın bütün üzvlərinin razılığı olsun. İnanmıram ki, indiki vəziyyətdə Ermənistan buna razılıq versin. O öz hüququndan istifadə edəcək, veto qoyacaq. Mən Kalaşnikovun yox, dövlət başçısı İlham Əliyevin sözlərini rəsmi mövqe kimi qəbul edirəm.  İnanmıram ki, yaxın gələcəkdə Azərbaycan bu təşkilatın üzvü olsun".

 

Partiya sədri eyni zamanda hesab edir ki, ermənilərin sərhəddə və Azərbaycan daxilində bu təxribatları hələ uzun müddət davam edəcək. Onun fikrincə, hətta sülh müqaviləsi bağlanandan sonra da davam oluna bilər:

 

"Bu təxribatlara son qoymaq lazımdır. Ağdamda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi fəaliyyət göstərir. Niyə onlar susur?  Azərbaycan XIN-i niyə susur? Düzdür, Müdafiə Nazirliyi bir açıqlama verib. Amma bu tipli açıqlamalar illər boyu verilirdi. Hesab edirəm ki, bu təxribatlara cavab atəşilə yox, hücumla cavab verməliyik".

 

F.Əliyev sülhməramlıların ermənilərə qarşı hər hansı sərt addım atacağını gözləmək əbəsdir:

 

"Son 6 ay ərzində sülhməramlıların erməni separatçıların tərksilah edilməsi xəbərini nə vaxt eşitmisiz? Şəxsən mən eşitməmişəm. Erməni separatçıları saxlayan, tərksilah edən bizim əsgərlər olub. Və mənə elə gəlir ki, axırıncı separatçın torpaqlarımızdan çıxarılmasını da bizim əsgərlər edəcək".

 

PƏRİ
Versus.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...