Dünya üzrə koronavirusun qurbanı olan tibb işçilərinin SAYI
Pandemiyanın başlanmasından bəri 115 min tibb işçisi koronavirusun qurbanı olub.
TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus Nottinhem Universitetinin tələbə və müəllim heyəti qarşısındakı çıxışı zamanı bəyan edib.
O bildirib ki, hazırda dünya üzrə milyonlarla tibb işçisi hələ də vaksinasiyadan keçməyib.
ÜST rəhbəri tibbi personal üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına çağırıb. T.A.Qebreyesus tibb sahəsinə xərclənən vəsaitin gələcəyə yatırılan sərmayə olduğunu da qeyd edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"