10 ən qorxulu və ən qəribə XƏSTƏLİK
Dərs ilinin sonudur, şagirdlərin fikri artıq isti havaların və may ayının təsirindən demək olar ki, tamamilə sinif otağından kənara yayınır. Bunun qarşısını almaq yolunu keçdiyim İnsan anatomiyası dərsini daha maraqlı etmək idi. Elə məhz bunun üçün internetdən insan xəstəlikləri barədə maraqlı məlumatlar toplamaq oldu. Tibb elminin inkişafı və tərəqqisinə baxmayaraq təbiət tərəfindən hələ də dəqiq sirri aşılmayan bir sıra insan xəstəliklərinin olduğunu bilirdim və bunun üçün üz tutdum internetə. Xəstəliklər barədə müxtəlif maraqlı məlumatlar tapdım. Bütün bu xəstəliklərin içərisində əsas 10 xəstəlik haqqında, təsadüfən bu yaxınlarda bir saytda oxudum.
1. Progeriya. Getçinson-Gilford sindromu: uşaqlar 90 yaşlı qoca kimi görsənir.
Progeriya – genetik kodda baş verən deffekt nəticəsinə yaranan xəstəliklərdəndir. Bu xəstəlik praktik olaraq qarşısıalınmaz nəticələrə gətirib çıxarır.
Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edirlər. Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər, qocalıq sürətlə baş verir. Baş verən əlamətlərdən başlıcası – vaxtından əvvəl dazlıq, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. Dünyada cəmi 48 nəfərdə rast gəlinir. Amma bəzi məlumatlara əsasən, bir ailədə 5 uşağın hamısında bu xəstəlik müşahidə olunub.
2. Fil xəstəliyi: Bədənin hər hansı bir hissəsinin həddsiz böyüməsi.
Fil xəstəliyini filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilir parazitar xəstəlikdir. Bu xəstəlik parazitar xəstəliklərə aid olub, həmin qurdlar maralların orgaznimində yaşayıb, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların organizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar. Tropik zonalarda rast gəlinən fil xəstəliyi (limfatik filariya) moskitlər tərəfindən törədilir. Bu xəstəlikdən dünyada 120 milyon adam əziyyət çəkir və bunlardan 40 milyonu ağır vəziyyətdədir. Yoluxmuş dişi moskit insan qanını sorarkən sürfələr qana keçir və bunula da bütün bədənə yayılır. Sürfələr əsasən limfatik toxumaları zədəliyir, hansı ki, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baş verir. Hipertrofiyaya uğramış ayaqlar, əllər, sinə və cinsiyyət organları, bu xəstəliyin ümumi simptomlarından sayılır.
3. Hipertrixoz və yaxud qulyabani: həddən artıq tüklənmə.
Bu xəstəlik üzdə uzun və qara tüklərin çıxması ilə müşahidə olunur. Xəstəlik insanı canavara bənzətdiyi üçün, bu xəstəliyə canavar sindromu da deyirlər. Xəstəlik insanın müxtəlif sahələrinin həddən artıq tüklənməsi ilə büruzə olunur.
4. Göy dəri sindromu və yaxud akantokeratodermiya: “göy” insanlar.
1960-cı illərdə əksər göy insanların ailələri Kentuki şatının yaşayıblar. Onlar göy Fyugeytlər kimi tanınıblar. Onlardan çoxları hər hansı bir ciddi xəstəlik ilə xəstələnməyib. Dərilərinin rənginin göy olmasına baxmayaraq onların bəziləri 80 yaşına kimi yaşayıblar. İrsi xəsətlik sayılır. Bu diagnozlu insanlar göy və yaxud indigo, bənövşəyi rəngli dəri ilə başqalarından fərqlənirlər.
5. Möcüzələr ölkəsində olan Alisa sindromu: zaman, məkan və öz bədəninin təhrif olunması ilə xarakterizə olunur.
Möcüzələr ölkəsində olan http://en.wikipedia.org/wiki/Alice_in_Wonderland_syndrome Alisa sindromu (AIWS) və yaxud mikropsiya, nevroloji vəziyyətin yüksək dezorientasiyası ilə müşahidə olunur. Bu insanın ətraf mühiti vizual qavramasının dəyişilməsi ilə özünü göstərir. Bu xəstəlikdən əziyyət çəkən insanlar – müxtəlif cür cisimləri, insanları, heyvanları realda mövcud olan ölçüsündən qat-qat balaca və uzaqda durmuş kimi görürlər. Məsələn: Normal ölçülü maşını balaca oyuncaq kimi, iti isə siçovul ölçüsündə.
6. Allotrifaqiya: yemək üçün yararsız olan maddələrin qəbulu kimi xarakterizə olunur.
Bu xəstəliklərdən əziyyət çəkən insanlar, qidalanmaya yararsız cisimləri, maddələri qəbul etməyə davamlı istək yaranır. Kağız, palçıq, yapşıqan, gil və s. Ekspertlər bu xəstəliyin səbəbini və müalicə üsulunu hələ də dəqiq tapa bilməyiblər. Amma bir şey məlumdur ki, bu mineralların defisiti ilə əlaqədar olaraq yaranan xəstəlikdir.
7. Blaşko xəttləri: bədənin hər yerində qəribə zolaqların olması ilə müşahidə olunur.
Blashko xətləri, 1901-ci ildə alman dermatologu Alfred Blaşko tərəfindən tapılan nadir xəstəliklərdən olub, anatomiya bu fenomeni hələ də heç cür izah edə bilmir. DNT-də genetik dəyişiklik nəticəsində yaranan bu xəstəlik, insanın müxtəlif sahələrində görünən xəttlərin olması ilə özünü göstərir.
8. Jumping Frenchman pozğunluğu: Gərginləşmə refleksi.
Xəstəliyin əsas əlameti – gözləniləmədən səs eşitdikdə və yaxud nəyisə gördükdə pasientin güclü qorxmasıdır. Bu xəstələr adi insanlardan fərqli olaraq daha çox həyacanlanır. Xəstənin arxasında dayandıqda qışqırmağa, əl-qol atmağa və eyni sözləri təkrar etməyə başlayır. Sakitləşmək üçün çox vaxt tələb olunur. Xəstəlik ilk dəfə Men ştatında yaşayan bir fransızda rast gəlinib. Sonradan dünyanın başqa yerlərində də rast gəlinib.
9. Porfiriya: Vampir xətəliyi. Günəşə qarşı ağrının yaranması.
Elə adamlar var ki, onlar günəş şüalarından gizlənməyə məcburdurlar. Onlar günəş şüaları altında olarkən, tez bir zamanda dərinin müxtəlif nahiyələrində köpüşüklərin əmələ gəlməsi ilə müşahidə olunur. Dəri “yanmağa” başlayır, ağrı hiss olunur.
10. Canlı meyit sindromu: özlərinin öldüyünə inanan insanlara xarakter xəstəlikdir.
Bu sindrom insanın özünü öldürməyə cəhd göstərməsi və arası kəsilməyən depressiya ilə müşahidə olunur. Onlar hər şeyini, hətta bədəninin bir hissəsini itirməsi barəsində təəssüflənir. Bu xəstələrə elə gəlir ki, onlar ölüb və onlardan qalan ancaq meyitləridir. Bu çaşqınlıq o səviyyəyə kimi progressivləşir ki, xəstə özünün çürümüş bədəninin qoxusunu hiss etdiyini, içəridən qurdların onu yeməsini də bildirir.
Almaz Həsrət
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"