ALDP rəsmisi Aİ ilə əlaqələrdən danışıb

09:03 12-07-2021 | icon 467 | Siyasət
ALDP rəsmisi Aİ ilə əlaqələrdən danışıb

Nizami Verdiyev: "Avropa İttifaqı ilə əlaqələr müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edir"

 

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir.



Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiye Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheylinin fikirlərinə münasibətində deyib.



Partiya rəsmisi bildirib ki, Respublikamız ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirməklə yanaşı, etibarlı tərəfdaş kimi regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir:

 

"Ölkəmizin regional və beynəlxalq təşkilatlarla çoxşaxəli səmərəli əlaqələrinin inkişafı, əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Şübhəsiz ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı bu baxımdan xüsusi qeyd edilməlidir. Avropa İttifaqı tərəfindən irəli sürülən Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmli idi. Çünki bu modelin əsas məqsədi regiondakı dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəldilib".

 

N.Verdiyev qeyd edib ki, Avropa İttifaqı kimi nüfuzlu qurumla 1993-cü ildə əsası qoyulan diplomatik münasibətlər son 28 ildə qarşılıqlı maraqlar əsasında daha da möhkəmləndirilib:

"Təbii ki, Azərbaycanın strateji mövqeyi, fəal və uğurlu xarici siyasəti də Avropa İttifaqına üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsində mühüm faktor rolunu oynayır. Bunun nəticəsidir ki, Avropa İttifaqı ilə əlaqələr müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edir. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib".



N.Verdiyev vurğulayıb ki, 1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından da vacib əhəmiyyət daşıyıb:

 

"Saziş çərçivəsində Avropa Birliyinin Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi və texniki yardımları nəzərdə tutulub. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərə yeni təkan verib".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...