YAP-da işçi qrupu yaradıldı
Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclasında işçi qrupu yaradılıb.
Bu barədə YAP məlumat yayıb.
Təftiş Komissiyasının sədri, deputat Sevinc Hüseynova gündəlik haqda məlumat verib.
Deyib ki, gündəliyə Təftiş Komissiyasının reqlamentinin təsdiq olunması və komissiyanın iş planı barədə məsələlər daxildir.
Qeyd olunub ki, reqlamentin hazırlanması barədə qərar qəbul olunmuşdu. Artıq bu sənəd hazırdır. 5 bölmə və 65 maddədən ibarət olan reqlamentdə Təftiş Komissiyasının fəaliyyət prinsipləri, qaydaları və digər məsələlər öz əksini tapır.
YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov sənədin üzərində zəruri işlərin aparıldığını, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənildiyini diqqətə çatdırıb.
Müzakirələrin sonunda YAP Təftiş Komissiyasının reqlamenti qəbul olunub.
İclasda daha sonra YAP Təftiş Komissiyasının iş planı ilə bağlı məsələyə baxılıb və iş planının hazırlanması üçün işçi qrupunun yaradılması haqqında qərar qəbul olunub.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”