“Narazılığımızı, etirazımızı rəsmi şəkildə bu dövlətlərə bildirməliyik”
Fikrət Sadıqov: “Bu dövlətlərin diplomatik jestlərindən də imtina etməliyik”
“Bu üç dövlətin ölkəmizdəki səlahiyyətli səfirləri Şuşaya getməliydilər. Çünki bu dövlətlər 30 ildir bu münaqişənin həlli ilə məşğul olan Minsk qrupu dövlətləridirlər. Və məhz onların fəaliyyətsizliyi nəticəsində azad olunmuş torpaqlar erməni vandalizmi, vəhşiliyi nəticəsində tamamilə darmadağın edilib”.
Versus.Az xəbər verir ki, bunu Rusiya, Fransa və ABŞ səfirlərinin Şuşaya səfərdən imtinası ilə bağlı şərhində politoloq Fikrət Sadıqov bildirib.
Politoloq qeyd edib ki, biz narazılığımızı, etirazımızı rəsmi şəkildə bu dövlətlərə bildirməliyik. Eləcə də cəmiyyət, media, QHT-lər səviyyəsində də etirazlarımız olmalıdır:
“Onlar başa düşməlidirlər ki, bu dövlətlərin bu hərəkətləri onların nüfuzuna bir zərbədir. Onların bu davranışı Azərbaycan cəmiyyəti tərəfindən narazılıqla qarşılanır, tənqid olunur”.
F.Sadıqov hesab edir ki, bu dövlətlərin bizə qarşı hansısa diplomatik jestlərindən də imtina etməliyik:
“Buna ehtiyacımız yoxdur. Torpaqlarımızı azad etmişik və bu gün bərpa edirik. Bu dövlətlərin post-müharibə dövründə fəaliyyət göstərərək, bizi barışdırmaq, delimitasiya prosesində vasitəçilik etmək kimi boş təklifləri də bizə lazım deyil. Biz bu məsələdə kifayət qədər sərt mövqe nümayiş etdirməliyik. Bu dövlətlərin hər hansı beynəlxalq təşəbbüsü də biz tərəfdən dəstəklənməməlidir. Çünki onlar başa düşməlidir ki, bizim mövqeyimiz bundan sonra da kifayət qədər sərt olacaq”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”