Qobustanda Milli Mətbuat Günü

18:27 16-07-2021 | icon 576 | KİV
Qobustanda Milli Mətbuat Günü

Qobustan rayonunda Qobustan Gənclər Evi və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 22 İyul Milli Mətbuat gününə həsr edilmiş  “Vətən Müharibəsinin informasiya cəbhəsi - Gənclər və sosial media adlı” konfrans keçirilib. 

 

Konfransda Qobustan Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər, eyni zamanda vətən müharibəsi zamanı arxa cəhbədə- informasiya cəhbəsində fəallıq göstərən gənc jurnalistlər, sosial media ekspertləri iştirak edib. Konfransın əvvəlində Azərbaycan metbuatının keçdiyi zəngin tarixi yoldan danışılıb. 

 

Konfransda çıxış edən Qobustan gənclər evinin direktoru Anar İrzaquluyev, Qobustan rayon icra hakimiyyətinin şöbə müdiri Elman Mikayılov, Qobustan rayon təhsil şöbəsinin müdiri Tahir Səbzəliyev, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, “Diaspor” informasiya mərkəzinin direktoru Toğrul Allahverdilli çıxış edərək bildiriblər ki, Azərbaycan mətbuatı 44 günlük müharibədə böyük imtahandan layiqincə çıxmağı bacardı. Natiqlər qeyd edib ki, Azərbaycan mətbuatının əsası 1875-ci ildə Həsənbəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulub. Bildirilib ki, bu gün Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşayır. 

 

Konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş  vətən övladlarının ruhunun bir dəqiqəlik anılması ilə başlayıb. Konfrans zamanı qeyd olunub ki, gənclərimiz 44 günlük vətən savaşından üzü ağ çıxıblar. Gənclərimiz ön cəhbədə əsgər kimi, arxa cəhbədə informasiya savaşının iştirakçısı kimi ölkəmizin haqlı mübarizəsində onu layiqincə təmsil ediblər.

 

Çıxışçılar qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqları azad edərək tarixi ədaləti bərpa ediblər. Ancaq həm müharibə dönəmində, həm də müharibədən sonra düşmən informasiya cəhbəsində təxribatlarını davam edir.

 

Sosial media ekspertləri qeyd edib ki, müharibə hərbi müstəvidə yekunlaşsa da informasiya sahəsində davam etməkdədir və Azərbaycan özünün haqlı, beynəlxalq hüquq tərəfindən qəbul edilən mövqeyini daha da  möhkəmləndirərək təbliğ etməlidir. 

 

Rayon ictimaiyyətinin nümayəndələri və ekspertlər qeyd edib ki, bu istiqamətdə Azərbaycan gəncliyinin qarşısında böyük vəzifələr dayanır. Gənclərimiz informasiya müharibəsinin gedişində müasir texnologiyaların imkanlarında maksimum istifadə etməli, sosial şəbəkələrdə təbliğat işini gücləndirməlidir. Bundan əlavə onlar xarici kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq etməlidir. Çünki düşmən təxribatları dayanmadan davam edir.

 

Daha sonra şəhid ailələri və qazilər çıxış edərək Azərbaycan gəncliyinin Vətən Müharibəsindəki qəhrəmanlıqdan danışıblar. Konfransın sonunda şəhid ailələri və qazilər fəxri diplomlarla təltif edilib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

Azərbaycanlı futbolçu xaricə köçdü

“Uşaq Avroviziya”nın QALİBİ

Axtarışda olan 92 nəfər SAXLANILDI

Distant təhsilin tətbiq edilməməsinin SƏBƏBLƏRİ

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur?

Dünyanın ən qədim aysberqi hərəkətə gəldi