"Artıq proses başlayıb"

16:21 21-07-2021 | icon 607 | Siyasət
"Artıq proses başlayıb"

Aydın Mirzəzadə: “Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz”

 

“Rusiya ilə Azərbaycan prezidentləri arasındakı görüş hər iki ölkənin bir çox məqamlarda fikirlərinin üst-üstə düşməsindən xəbər verir”.

 

Versus.az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə Azərbaycan Prezidentinin Rusiyaya səfərini şərh edərkən deyib.

 

A.Mirzəzadənin sözlərinə görə, görüşdə əsas məqsəd hər iki tərəf arasında əlaqələrin daha da möhkəmləndirilməsi olub:

“Xüsusilə də Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi əsas məqsədlərdən biridir. Görüş zamanı prezidentlər arasında bir çox məsələlər geniş müzakirə edilib. Tərəflər Qarabağ məsələsi ilə bağlı 10 noyabrda və 11 yanvarda imzalanmış üçtərəfli sazişlərin yerinə yetirilməsi məsələsində yekdil fikrə gəldilər. Bu sazişlərin ayrılmaz tərkib hissəsi olan Zəngəzur dəhlizinin işə salınması ilə bağlı geniş fikir mübadiləsi apardılar. Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz”.

 

O bildirib ki, Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin tezliklə fəaliyyətə başlaması üçün birgə tədbirlərin görülməsi barədə razılığa gəlib:

“Bu razılıq şübhəsiz ki, yerli vəziyyətin öyrənilməsi, təkliflərin dəyərləndirilməsi əsasında baş verib. Hesab edirəm ki, dünənki səfər artıq bu istiqamətdə real işə keçməyin vaxtının çatdığını bir daha göstərdi. Növbəti addımlar artıq Rusiya tərəfdən xüsusi nümayəndə heyətinin Azərbaycana gəlməsi və əlaqələrin genişlənməsi olacaq. Bu məsələlərin geniş müzakirəsi istiqamətində müvafiq orqanlara lazımi tapşırıqların verilməsi olacaq. Bu da onu göstərir ki, artıq proses başlayıb”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...