"Allahşükür Paşazadə yaxşı bilir ki..."

07:08 23-07-2021 | icon 583 | Siyasət
"Allahşükür Paşazadə yaxşı bilir ki..."

Fuad Əliyev: "İnanmıram ki, Şeyx belə siyasi səhv buraxsın"

 

"Fikrimcə, Allahşükür Paşazadənin fikirləri təhrif olunub. İnanmıram ki, Şeyx belə siyasi səhv buraxsın”.

 

Versus.Az xəbər verir ki, bunu Allahşükür Paşazadənin "fətva" məsələsi ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

ALDP sədri hesab edir ki, Allahşükür Paşazadənin açıqlamasında olan fikirlər kontekstən çıxarılıb:

“Yazılar ki, Şeyx açıqlamasında deyib ki, İranın dini lideri Xameneinin fətvası qələbəni yaxınlaşdırdı. Allahşükür Paşazadə yaxşı bilir ki, Qələbəni təmin edən xalqımızın iradəsi olub. Xalq birliyi nümayiş etdirərkan orduya dəstək verdi. Bu iki güc zəfərə gətirib çıxartdı. Bu 30 il ərzində İRAN-ın mövqeyi hamıya bəlli idi. Amma Vətən müharibəsi zamanı İran rəsmiləri Azərbaycan ordusunun uğurlarını görüb bizim haqlı olduğumuzu bəyan etdi. Ona görə, fikrimcə, Allahşükür Paşazadənin fikirləri təhrif olunub. İnanmıram ki, Şeyx belə siyasi səhv buraxsın”.

 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, Xameneinin fətvası Vətən müharibəsindəki qələbəmizin müjdəsi oldu.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...