Mətbuatda üçüncü ilim

18:16 23-07-2021 | icon 3393 | Uşaq Dünyası
Mətbuatda üçüncü ilim

Bizim yay məkəbimiz oldu Versus

 

Mətbuat - illər boyu insanların dünyaya açılmasını asanlaşdırmış, dünyada baş verən yeniliklərdən xəbərdar olmağımızı təmin etmiş, hətta bəzilərini kiçik yaşlarından özünə inanmağı, bacarıqlarını ortaya çıxarmağı, öz əməyi ilə qürur duymağı, yeri gəldiyində əylənməyi və bir gün “ bu gün mənim də günümdür” deməyi öyrətmişdir. Eynən mənim kimi...

 

Bu gün Milli Mətbuatımızın 146 yaşı, mənim isə mətbuatda 3 ilim tamam oldu. Kiçik yaşlarımdan jurnalistika ilə maraqlanmışam. Jurnalist xalalarımın reportajlarını dinləyərək həvəsə gəlib, evimizə gələn qonaqlarla kiçik reportajlar hazırlayırdım. Onlara müxtəlif sullar verir, cavabını alanda isə özümü doğrudan da kiçik jurnalist kimi hiss edirdim. Bu məndə həm özümə hörməti artırır, həm də məni və ətrafımdakı insanları əyləndirdi.

 

Xalalarım öz saytlarını - Versus.az-ı qurduqdan sonra isə kiçik jurnalist olmaq yolunda ilk addımımı atdım. Xalalarım mənə “Leyla, sən də yaz” dediklərindən bəri başıma gələnləri, xüsusi günlər, maraqlı faktlar haqqında və sair yazıb sayta yerləşdirirdik. Və beləcə, mən “Uşaq dünyası” bölümünün köşə yazarı oldum.

 

Bu yay isə fərqli bir şey etdik. Bizim yay məkəbimiz oldu Versus. Xalalarım sayta yazı qoyanda bacımla mən onların yanında oturur, onları izləyirdik. Bununla həm yaxşı izləyici olduq, həm də sayta yazı qoymağı öyrəndik. Buna adminlik deyirlər.

 

Bu yay boyu özümdə yeni bir Leyla kəşf etdim. Sayta yazı qoymaq mənə həm dünyada və Azərbaycanda baş verən yeniliklərdən ilk xəbərdar olmağı qazandırdı, həm də bir-birinə etibar etməyi öyrətdi.

 

Mən bu illər ərzində bir şey öyrəndim, əziz oxucular. Həyatımızda hər hansı bir məqamda səhv etməkdən qorxmayaq. Bu səhvlər bizi biz edən şeylərdir. Sabah bir uğur əldə edəcəyik və bu yenə də biz olacağıq. İşimizdə uğursuzluq əldə etmək normaldır. Yalnız uğur və birincilik gözləmək ağılsızlıqdır. Önəmli olan səhvlərimizi bir daha təkrar etməmək və onlardan dərs çıxarmaqdır.

 

Həsən bəy Zərdabinin “Əkinçi”si Milli mətbuatımızın 146 il boyunca qürurla yaşamasına səbəb oldu. 2 il ömür sürməsinə baxmayaraq 146 illik şanlı səhifə yazan “Əkinçi” bundan sonra da mətbuat tariximizin yolunu işıqlandırmağa davam edəcək.

 

Mən bir daha bu gün münasibəti ilə bütün mətbuat işçilərini, xüsusən də valideynlərimi, bacımı və tanınmış jurnalistlər olan xalalarım Tahirə Qafarlı və Arzu Zeynallını təbrik edirəm. Qələminizin daima iti olması diləyi ilə sağ olun, salamat qalın.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI