I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla GÖRÜŞ

15:30 31-07-2021 | icon 825 | Cəmiyyət
I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla GÖRÜŞ

Yerli və xarici jurnalistlər “İMZA” İB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib

 

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirlib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.

 

Məlumata görə, İB-in İdarə Heyətinin iclasında I Qarabağ Beynəlxalq İqtisadi Forumunun yekunları ətraflı müzakirə edilib.

 

Birliyin sədri Xəyyam Əsgərov çıxışında bildirib ki, beynəlxalq forumda Azərbaycanla yanaşı Türkiyə, Pakistan, İsrail, ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, Gürcüstan və digər dövlətlərdən tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, iqtisadçı ekspertlər, jurnalistlər iştirak ediblər. Onların hər biri çıxışlarında Azərbaycanın Qarabağı 44 günlük vətən müharibəsində azad etməsini yüksək qiymətləndirib, tarixi ədalətin bərpası münasibəti ilə xalqımızı təbrik ediblər. Təmsil etdikləri ölkələrin Qarabağın bərpasında iştirak edə biləcək şirkətlərinin imkanları haqqında məlumat verməklə yanaşı, bunun həm Azərbaycanla əlaqələrin inkişafı, həm Qarabağın sürətli bərpası, həm də  o şirkətlər üçün də səmərəli və faydalı olacağını söyləyiblər.

 

Beynəlxalq əhəmiyyətli tədbir Qarabağımızın azadlığına qovuşmasından sonra bölgədə yaranmış yeni reallıqların, dövlətimizin bu cənnət diyarımızın abadlaşdırılması üçün gördüyü işlərin tanıdılmasında da mühüm rol oynayıb.

Forumda ölkələrin Qarabağın bərpası prosesində iştirak imkanlarından, o cümlədən böyük qayıdışa hazırlıq prosesi barəsində də ətraflı danışılıb.

I Qarabağ Beynəlxalq İqtisadi Forumuna dünya mediası da ciddi maraq göstərib. Bir sıra xarici KİV-lərdə bu barədə yazılar dərc olunub. Azərbaycan KİV-ində də forumun işi geniş işıqlandırılıb. Yerli və xarici jurnalistlər “İMZA” İB-nin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.

 

İdarə Heyətinin toplantısı başa çatdıqdan sonra “İMZA” İB-nin mərkəzi ofisində bir qrup forum iştirakçısı ilə görüş keçirilib. Onlara İdarə heyəti və bütün “İMZA”-çılar adından forumun işində fəal iştiraklarına, maraqlı çıxışlarına və səmərəli təkliflərinə görə minnətdarlıq ifadə edilib.

 

Millət vəkilləri Soltan Məmmədov, Vüqar Bayramov, Ramin Məmmədov, Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, İsraildən olan politoloq Arye Qut, İqtisadiyyat Nazirliyi Azad Edilmiş Ərazilərin Bərpası və İnkişafı departamentinin direktor müavini Vüsal Qarayev, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun müşaviri Elşən Bağırzadə, dünya şöhrətli fotoqraf Reza Deqati bütün “İMZA”-çıları forumun uğurla keçirilməsi münasibəti ilə təbrik ediblər.

 

Bildiriblər ki, I Qarabağ Beynəlxalq İqtisadi Forumunun təşkili təşəbbüsü də yüksək qiymətləndirilməlidir.

İlk dəfə keçirilən bu beynəlxalq tədbirdə çox səmərəli təkliflər, ideyalar səsləndirilib, Qarabağın bərpasının ən qısa zamanda həyata keçirilməsi işində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin atdığı addımlar təqdir olunub. Həmçinin azad edilmiş tarixi yaşayış məntəqələrimizin, o cümlədən də tarixi abidələrimizin bərpası prosesində ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi peşəkarlıqla, əzmlə çalışdığı qeyd olunub və yüksək qiymətləndirilib. Vurğulanıb ki, forumda erməni vandalizminin əsl mahiyyəti haqqında ətraflı danışılıb və onların 30 ilə yaxın işğal altında saxladıqları şəhər və kəndlərimizi məqsədli şəkildə dağıtmaları, viranəyə çevirmələri faktlarla əsaslandırılıb. Yerli və xüsusi ilə də xarici KİV-də foruma göstərilən diqqət də təqdirəlayiq hadisə kimi dəyərləndirilib.

 

Sonda hər bir iştirakçıya I Qarabağ Beynəlxalq İqtisadi Forumunun sertifikatları təqdim olunub.

 

RƏVAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...