"Yəqin ona verilən söz həyata keçmədiyindən yenə "valı" deyişib"
Fuad Əliyev: "Jirinovskinin Azərbaycana səfərini təşkil edənlər cavab versinlər"
"Mən 2015-ci ildən sonra onun fikirlərinə münasibət bildirmirdim. Qoy onun fikirlərinə 2014-ci ildə Jirinovskinin Azərbaycana səfərini təşkil edənlər cavab versinlər".
Versus.Az xəbər verir ki, bu sözləri Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev RLDP sədri Vladimir Jirinovskinin Azərbaycanla bağlı növbəti sərsəmləmələrinə münasibət bildirərkən deyib.
Fuad Əliyev Jirinovskinin Azərbaycana qarşı son bəyanatını şərh edərkən diqqəti bir az keçmişə yönəldib:
"Mən sizə ALDP və RLDP əməkdaşlıq tarixçəsindən danışım. 2004-cü ildən başlanan bu əməkdaşlıq 2008-ci ildə son qoyulub. Bu əməkdaşlıq illərində onun Azərbaycana qarşı mənfi bir fikri olmayıb. Mən yenə də öz fikirimdə qalıram. Nə Jirinovski, nə digər ermənipərəst mövqedən çıxış edənlər bizim düşmənimiz deyillər. 90-cı illərdə Staravoytava soyadında bir siyasətçi var idi. O gəlmişdi Azərbaycana ki, buradan deputat seçilsin. O vaxt Azərbaycan rəhbərliyində olanların gələcəyi görməməsi nəticəsində, ona yox deyildi. Ermənilər isə onu Ermənistandan deputat seçdirdilər. Bununla da Staravoytava oldu ermənipərəst və bizə qarşı qatı "düşmən". Eynilə bu Jirinovski. Partiyalarımız əməkdaşlıq dövründə, mən Orezident Administrasiyasına onun təkliflərini vermişdim. Onlar isə bu təkliflərə soyuq yanaşdılar. Nəticədə 2014-ci ilə qədər onun ermənipərəst çıxışları hamıya məlumdur. 2014-ci ildə isə o, Azərbaycana dəvət olundu və yüksək səviyyədə qəbul etdilər. Onun səfər vaxtı və səfərdən sonra az bir müddət Azərbaycana və Azərbaycanın dövlət başçısına xoş sözləri hamının yadındadır. Yəqin ki, ona nesə söz verdikləri həyata keçməyəndən sonra o yenə də "valı" deyişdi".
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”