"Haqqını ala bilməyən yüzlərlə xəstə var axı"

14:07 05-08-2021 | icon 892 | Cəmiyyət
"Haqqını ala bilməyən yüzlərlə xəstə var axı"

Razi Nurullayev: "Nazirə yazdım, məsələ 3 gün içində tam həllini tapdı"

 

"Yerlərdən müxtəlif məsələlərə dair çoxlu şikayətlər daxil olur. Hansı ki, onlar yerli səviyyədə də həll edilə bilər, yaxud mərkəzdə aidiyyatı qurumlar məsuliyyətli yanaşıb həll edər, daha futbol topu kimi o qapıdan bu qapıya göndərməz. Hər birisi barədə ayrı-ayrı danışacam".

 
 
Versus.Az xəbər verir ki, bu fikirlərini şəxsi "Facebook" hesabında qeyd edən MCP sədri, deputat Razi Nurullayev ona ünvanlanan şikayətlərdən, həlli edilən məsələlərdən bəhs edib.
 
 
R.Nurullayev bildirib ki, rayonların birində bir neçə nəfər kömək üçün ona yaxınlaşıb və hər birinin problemləri həll edilib:
 
 
"Sadəcə, mən bir nəfərin üzərində ümumi problemi deyirəm. Xəstə şizofreniyadır, pensiyası kəsilir. Üstündən 7 ay keçir, amma hələ də araşdırma gedir. Nə araşdırması? Həkimlər, tibbi-sosial ekspertiza komissiyaları başa düşmürəm ki, niyə görünən uca dağa deyillər ki, deyəsən dağ deyil axı, bəlkə təpədir, bəlkə alçaq dağdır, bəlkə vulkandır. Xəstə, yaxud xəstənin sahibi deyir ki, ay balam, axı bu uca dağdır, başında da bir metr qar. Yenə də deyillər ki, bəlkə qar deyil, illuziyadır, bəlkə gözünüzə elə görünür. Olmaz belə. Elə xəstəliklər var ki, o görünən dağ kimi aydındır və onu tez həll etmək lazımdır".
 
 
Deputat vurğulayıb ki, hər kəsin nazirə, müavinə, vəzifəli şəxsə çıxış imkanları yoxdur. Və deputatlar da hər kəsin əlindən tutub idarələrə aparmağa vaxt edə bilmir:
 
 
"Xahiş və tələb edirəm ki, görünən başı qarlı uca dağa təpə deməyin. Mən cənab nazirə yazdım, məsələ 3 gün içində tam həllini tapdı. Xəstəyə ömürlük ikinci qrup təyin edildi. Təşəkkürümü də bildirdim. Hörmətli müavinlərə də yazıram, göndərirəm, çox həssaslıqla yanaşırlar. Sağ olsunlar, bütün haqlı məsələlər də həllini tapır sonucda. Amma haqqını ala bilməyən yüzlərlə xəstə də var axı".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...