"Ermənipərəst qüvvələrin ortaya atdığı fikirdir"
Naqif Həmzəyev: “Parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirlərin müəllifi Qərb meyilli və...”
"Sosial şəbəkələrdə parlament seçkilərinin keçiriləcəyi ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Bu daha çox Qərb meyilli və ermənipərəst qüvvələrin ortaya atdığı fikirdir".
Versus.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, həmin qüvvələrin məqsədi demokratiya pərdəsi altında Azərbaycana təzyiq göstərməkdir:
“Azərbaycanda hakimiyyət bölgüsü ədalətli həyata keçirilib, hakimiyyətin bütün qolları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Möhtərəm Prezident İlham Əliyevin tapşırıqları uğurla həyata keçirilir. 44 günlük Vətən müharibəsindən sonra Qarabağa qayıdış proqramı üzrə işlər davam etdirilir. Sonuncu parlament seçkilərindən sonra da Milli Məclisdə xeyli işlər görülüb. Hesab edirəm ki, parlament həm 44 günlük Vətən müharibəsində, həm də pandemi dövründə öz missiyasını layiqincə yerinə yetirdi. Beləliklə, biz parlament diplomatiyasından uğurla istifadə edə bildik. Parlamentdə bir sira qərarların dəyişikliyini icra etdik. Çoxlu sayda iclas və dinləmələr həyata keçirildi. Bu cür şayiələrin yayılması ermənipərəst qüvvələrin istəyidir. Təbii ki, zərurət yarandığı halda bütün sahələrdə seçkilər həyata keçiriləcək. Bizim əsas hədəfimiz Qarabağa dönüş proqramını həyata keçirmək, yenidənqurma işlərini tamamlamaq və pandemiya dövründə iqtisadiyyatımıza dəyən ziyanın aradan qaldırmaqdır. Bizi əsas hədəfimizdən heç kim yayındıra bilməz. Bu cür şayiələri ciddi qəbul etməyib, tirajlamamaq lazımdır".
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”