"Jirinovski öz ampluasındadır"

08:47 09-08-2021 | icon 895 | Siyasət
"Jirinovski öz ampluasındadır"

Fuad Əliyev: "Jirinovskinin “siyasi şoumen”liyə qayıtmasına təəccüblənmirəm"

 

“Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının fraksiya rəhbəri Vladimir Jirinovskinin ölkəmizə qarşı qərəzli mövqeyini birmənalı şəkildə pisləyirəm. Kimliyindən asılı olmayaraq, hər hansi bir şəxsin Azərbaycanın daxili işlərinə qarışmasının əleyhinəyəm”.

 

Versus.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

F.Əliyev bildirib ki, rəhbərlik etdiyi partiya 2004-2008-ci illərdə Rusiya Liberal Demokrat Partiyası ilə əməkdaşlıq edib:

 

“Ümumiyyətlə, həmin illərdə V.Jirinovskinin Azərbaycana qarşı münasibəti yaxşı olub. Lakin sonrakı illərdə vaxtaşırı V.Jirinovski xalqımıza və dövlətimizə qarşı hədyanlar yağdırıb. 2014-cü ildə Azərbaycana səfərə gələndən sonra güman edirdik ki, V.Jirinovski ölkəmizə qarşı sərsəm fikirlərindən əl çəkəcək. Təəssüf ki, bir qədər sonra V.Jirinovski öz ampluasına qayıtdı. Onun sonuncu fikirləri ikrah hissi və hiddət doğurur. Belə ki, V.Jirinovskinin bu şəkildə fikirlər bildirməsi kimliyindən asılı olmayaraq, bütün Azərabycan vətəndaşlarını qəzəbləndirir”.

 

Fuad Əliyev onu da əlavə edib ki, V.Jirinovskinin “siyasi şoumen” kimi öz ampluasına qayıtmasını təəccüblə qarşılamır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...