Rus hərbçilərinin sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab verir?

19:43 09-08-2021 | icon 515 | Siyasət
Rus hərbçilərinin sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab verir?

“KTMT və digər qurumlar heç bir formada Azərbaycana təsir göstərə bilmzlər”

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Kəlbəcərdə baş verən olaylardan sonra Ermənistana səfər edib. İddia olunur ki, bu ərazilərə rus hərbçiləri yerləşdiriləcək. Sərhədlər müəyyənləşdirilmədən rus hərbçilərinin sərhəddə yerləşdirilməsi nə dərəcədə Azərbaycanın maraqlarına cavab verir və biz hansı addımları atmalıyıq.

 

Versus.Az Hafta.az-a istinadən siyasilərin prizamasında məsələyə aydınlıq gətirib.

 

 

 

“Yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yolu seçməkdir”

 

Milli Məclisisn deputatı Asim Mollazada açıqlamasında bildirib ki, artıq sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan, Rusiya, Ermənistanın iştirakı ilə birgə işçi qrup yaradılmalıdır.  Onun sözlərinə görə, istənilən təşkilatın nümayəndəsi  Azərbaycanın icazəsi olmadan gəlib Azərbaycan ərazisində heç bir iş görə bilməz.

 

Deputat bu mənada hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və hansısa digər qurumlar heç bir formada Azərbaycana təsir göstərə bilməzlər:

 

“Həmin qurumlar da bunu çox gözəl bilirlər. Xatırlatmaq istəyirəm ki, bu təşkilatın üzvləri Azərbaycana dost olan ölkələrdir. Və onlar Azərbaycanın maraqlarına zidd qərarların icrasında iştirak etməyəcəklər”.

 

A.Mollazadə KTMT sədrinin Ermənistana səfərini növbəti şou, növbəti hay-haray salmaq üçün edilən gedişlər hesab edib:

 

“Ermənilər və onlarn havadarları reallıqla hesablaşmaq istəmirlər və öz üzvlərini daha da dərinliyə sürükləmək istəyirlər. Mənə elə gəlir ki, Ermənistan isterik çağırışlarla  özünü ağır vəziyətə salır. Ermənistan üçün yeganə çıxış yolu öz ərazi iddialarına son qoyaraq, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yolu seçməkdir”.

 

 

 

 

"Bu prosesə qarşı addımlarımızı atmalıyıq"

 

Politoloq Qabil Hüseynli bildirib ki, bu gün Rusiya bölgədə möhkəm yerləşməyə başlayıb ki, bu da Azərbaycanın mövqelərinə uyğun deyil. Onun sözlərinə görə, KTMT ciddi bir təşkilat deyil və təbii ki, bu prosesə qarşı addımlarımızı atmalıyıq.

 

KTMT baş katibi Zarsın ali təhsilini Azərbaycanda başa vurduğunu deyən Q.Hüseynli Belarus generalının Ermənistan səfərini birmənalı qarşılamayıb. Onun sözlərinə görə, artıq Zarsdan əvvəl bölgəyə rus qoşunlarının yerləşdirilməsinə başlanıb və bu, region üçün yaxşı nələrsə vəd etmir:

 

“Rus qoşunları Qazax rayonunun 7 kəndində, Göyçə mahalının Azərbaycanla sərhəddə olan bir neçə mahalında görünməyə başlayıb. Yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın sərəncamında olan digər dövlətlərin təsir qüvvəsi olmayan bir təşkilatdır. Görünür ki, Rusiya regionda möhkəm yerləşmək istəyir. Bu, sözün əsl mənasında Azərbaycanın maraqlarına uyğun deyil. Sərhədlər delimitasiya, demorkasiya mərhələsinə keçmədən qoşunların yerləşdirilməsi, sərhədlərin həmin proseduraya uyğun müəyyənləşməsinə əngəllər yaradacaq. Bir qədər əvvəl Rusiyanın sərhəd qoşunları tək Gümrüdə idisə, indi Zəngəzurda, Qarabağda da var. Bunun qarşısını almaq üçün Türkiyə ilə məsləhətləşməliyik. Türkiyə bu məsələlərə müdaxilə etməlidir. Hər halda Türkiyə Təhlükəsizlik Şurasının iclasında Ermənmistanın sərhəddə törətdiyi təxribatlar müzakirə edildi və bu barədə Ermənistana xəbərdarlıq edildi. Yəqin ki, Türkiyə bu məsələyə səsiz qalmayacaq”.

 

Politoloq bildirib ki, KTMT-də olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarus özü də Azərbaycanın mövqelərini müdafiə edir:

 

“Amma KTMT elə bir ciddi təşkilat deyil. Bu, Rusiyanın Ermənistanı müdafiə etmək üçün düzəltdiyi oyunlardan biridir. Yəqin ki, bu istiqamətdə nələrsə etməyə məcbur olacağıq”.

 

 

 

 

"Bu, Azərbaycanın müdaxilə edəcəyi məsələ deyil"

 

Politoloq Natiq Miri bildirib ki, KTMT-nın birgə qoşunlarının Azərbaycan-Ermənistan sərhədində yerləşməsi qərarı hələlik həllini tapmayıb.

 

Onun sözlərinə görə, KTMT baş katibinin Ermənistana səfərinin qayəsindən birini də bu mövzu təşkil edir:

 

“Ermənistan baş nazirinin KTMT-nın və yaxud da Rusiya qoşunlarının Azərbaycan-Ermənistan sərhədində durması ilə bağlı konkret müraciəti var. Ona görə də hesab edirəm ki, bu məsələ məlum səfər çərçivəsində müzakirə predmetinə çevriləcək. Çünki KTMT üzvü olan ölkələrin ərazisində gərgin müstəvidə olan ərazilərdən biri Orta Asiyada, bilavasitə Əfqanıstandakı terror təşkilatı olan Talibanın son proseslərdəki hərəkəti ilə bağlıdırsa, digər məsələ KTMT üzvü olan Ermənistanın Azərbaycan sərhədlərini atəşlə pozması ilə bağlıdır. KTMT baş katibinin Ermənistan səfərində müzakirə predmetini məhz Ermənistan-Azərbaycan sərhədində KTMT qoşunlarının yerləşməsi məsələsi məşğul edəcək. Son zamanlar KTMT üzvü olan ölkələr içərisində bu təşkilatı ən çox ictimai rəyində aşağılayan ölkə məhz Ermənistandır. Bu mənada KTMT baş katibinin Ermənistana səfəri anlaşılandır”.

 

Politoloq hesab edir ki, əgər KTMT qoşunları və yaxud da Rusiyanın sərhəd qoşunları Ermənistanla sərhəddə duracaqsa, bu, Azərbaycanın müdaxilə edəcəyi məsələ deyil. Onun sözlərinə görə, bu, Ermənistanla anlaşma şəraitində mümkün ola bilər:

 

“Ancaq KTMT və yaxud Rusiya sərhəd qoşunları Azərbaycanla sərhəddə duracaqsa, bu təhlükəsizlik nöqteyi-nəzərindən Azərbaycanın maraqlarına uyğun deyil. Çünki KTMT deyiləndə Rusiya anlaşılır. Rusiya da imperiyapərəst bir ölkədir. Hər zaman aqresiya, işğalçı siyasət yürütdüyü və qonşu dövlətlərlə əsasən güc dili ilə danışdığı üçün bu, Azərbaycan üçün arzuolunan məsələ deyil. Azərbaycan şimal istiqamətindən  işğalçı Rusiya ilə sərhəddir. Süni surətdə Azərbaycanın qərb istiqamətində bütün sərhəd boyunca işğalçı Rusiya qoşunlarının durmasını düşünəndə əlbəttə ki, təhlükəsizlik baxımından Azərbaycanın maraqlarına uyğun məsələ deyil. Çünki hər zaman belə bir vəziyyət yarandığı təqdirdə Ermənistan Azərbaycanla rus qoşunları arasında hərbi təxribat yaratmaqla süni gərginlik yarada və iki ölkə arasında toqquşmalara gətirib çıxarda bilər”.

 

Politoloq hesab edir ki, KTMT qoşunlarının sərhəddə yerləşməsi sərhədlərin doğru-dürüst müəyyənləşməsinə problem yarada bilər.

 

Onun fikrincə, əgər bu gün Rusiya sərhəd qoşunları Ermənistanın daxilində olan Azərbaycanın anklav ərazilərinə - Qazağın bir neçə kəndi və Ermənistanın içərilərinə doğru yerləşən anklav ərazilərin Azərbaycana qaytarılması məqsədi ilə  yerləşibsə, bu, müəyyən mənada Azərbaycanın siyasətinə uyğun davranış hesab oluna bilər:

 

“Ancaq burda Rusiyanın alt niyyətləri, geosiyasi maraqları varsa, bu, Azərbaycan dövlətinin maraqlarına uyğun davranış deyil. Bu, sərhədlərin müəyyənləşməsi prosesinə müəyyən əngəllər törədə bilər”.

 

Poitoloq bildirib ki, bu qoşunların sərhəddə yerləşməsi bir halda qəbul oluna bilər ki, Azərbaycanın işalda olan əraziləri - xüsusilə Qazağın 7 kəndi, Naxçıvanın Kərki kəndi və anklav əraziləri Azərbaycana qaytarılsın.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...