Hafiz Hacıyev Bakıya dönəcək
"Elə az əvvəl xəstəxanadaydım"
Bir neçə həftə əvvəl səhhətində yaranan problemə görə Türkiyə xəstəxanalarından birinə yerləşdirilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müalicəsi başa çatıb.
Versus.Az xəbər verir ki, bu barədə partiya sədrinin özü açıqlama verib.
O, növbəti həftə Bakıya qayıdacağını da diqqətə çatdırıb:
“Hazırda səhhətimdə hər hansı problem yoxdur, yaxşıyam. Artıq müalicəm başa çatıb. Sadəcə hər ehtimala qarşı 1-2 gün burada saxlayırlar. Xəstəxanadan çıxmışam, amma hər gün yoxlama üçün ora gedirəm, elə az əvvəl xəstəxanadaydım".
H.Hacıyev vurğulayıb ki, gələn həftə Bakıda olacaq:
"Partiya ilə əlaqədar işləri buradan idarə edirəm. Müavinlər və idarə heyətinin üzvləri ilə əlaqə saxlayıram. Yəni ölkədəki vəziyyət barədə tam məlumatım var. Partiya öz gücündədir, işləməyə davam edir”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”