"Paşinyan vaxt udmaq istəyir"

07:26 16-08-2021 | icon 396 | Siyasət
"Paşinyan vaxt udmaq istəyir"

Fuad Əliyev: "Danışıqların ATƏT-in Minsk qrupun vasitəsilə keçirilməsinin əleyhinəyəm"

 

"Hər gün Azərbaycan-Ermənistan sərhədində atışmalar olur. Paşinyanın danışıqlara hazır olması ilə bağlı bəyanatı hardan səmimi oldu? Danışıqlara hazır olan birinci növbədə bu istiqamətdə lazımı addımlar atar. Burada isə əksinədir. İndi Paşinyan vaxt udmaq istəyir, əsas məsələdən. 10 noyabr Bəyanatında əks olunan bəndlərin həyata keçirilməsindən yayındırılmasıdır".

 

Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri hesab edir ki, danışıqlara getsək, orada bir məsələ olmalıdır – Sülh müqaviləsi:

 

"Çünki başqa məsələlər hamısı müzakirə olunub və razılaşdırılıb. Əgər Paşinyan sülh istəyirsə, onda Sülh müqaviləsinə imza atmalıdır. Amma sülh istəmirsə, yenə də vaxtı uzadırsa, bu Ermənistana xeyir gətirmiyəcək. Onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan Ermənistan, regionda bütün iqtisadi layihələrdən kənarda galacaq".

 

Regionda sülhün olması üçün hansı addımlar atılmasına gəlincə, F.Əliyev qeyd edib ki, erməni xalqı uydurma torpaq iddialardan əl çəkməlidir:

 

"Erməni xalqını əsrlər boyu aldadıblar. Erməni xalqının rəhbərliyində olanlar yalan, utopik fikirləri o qədər səsləndiriblər ki, özləri də uydurmalara inanıblar.  Ona görə bir daha qeyd edirəm kiregionda sülhün bərqərar olunması üçün ermənilər bir xalq olaraq bu “yuxudan” ayılmalıdırErməni xalqı başa düşməlidir ki, əsirlər boyu böyük dövlətlərin əllərində oyuncaq olublar, təsir altında olublar. Erməni xalqı bunları başa düşüb bu təsirlərdən xilas olmalıdırRegion dövlətlərlə, qonşularla yaxşı münasibət qurub böyük fəlakətlərin qarşısını alarlar".

 

F.Əliyev ikitərəfli danışıqların keçirilməsinin tərəfdarı olsa da, indiki vəziyyətdə bunu mümküsüz saydığını vurğulayıb:

 

"Danışıqların ATƏT-in Minsk qrupun vasitəsilə keçirilməsinində əleyhinəyəm. Sülh müqaviləsinin bağlanmasının ən yaxşı yeri BMT-ır. Ermənistan və erməni xalqı bu fürsəti əldən qaçırmamalıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...