"Azərbaycan buna getməyəcək”

10:02 16-08-2021 | icon 335 | Siyasət
"Azərbaycan buna getməyəcək”

Məhəmməd Əsədullazadə: Bu, Paşinyanın fantaziyasına uyğun olacaqsa..."

 

Ermənistan baş naziri Nikol Paşinyan ikitərəfli olaraq prezident İlham Əliyevlə görüşə hazır olduğunu elan edib.

 

Versus.Az xəbər verir ki, məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, belə bir görüşdə Paşinyan "status" məsələsini qaldırmasa və məsələ həmçinin 10 Noyabr və 11 Yanvar razılaşmalarının həyata keçirilməsi üzrə olarsa, Azərbaycan buna razılıq verə bilər.

 

“Amma, Nikol Paşinyan "öz şərtləri" ilə görüşmək istəyir. Bundan əlavə, Azərbaycan tərəfi ikitərəfli danışıqlar üçün Ermənistana ötən ay təkliflər göndərib. Və bu təkliflər yekun sülh müqaviləsinin bağlanmasına hesablanıb. Amma, Yerevan bu təklifə cavab vermədi. Absurd iddialar irəli sürdü”.

 

M.Əsədullazadə hesab edir ki, hazırda Paşinyanın indiki görüşmək təklifi Azərbaycanın Yerevana göndərdiyi təkliflər əsasındadırsa, baş tuta bilər:

 

“Amma bu, Nikol Paşinyanın öz fantaziyasına uyğun olacaqsa, Azərbaycan buna getməyəcək. Azərbaycan artıq Ermənistana ciddi şəkildə təzyiqlər etməlidir”.

 

Politoloq bildirib ki, Qarabağda hərbi qalibiyyətimizi diplomatik müstəvidə davam etdirmək üçün bir neçə ay ərzində əsaslı addımlar atılmadı:

 

“Qələbədən arxayın olub, üç tərəfli razılaşmaların yerinə yetiriləcəyini gözlədik. Vaxt getdikcə, Ermənistan tərəfi Azərbaycana beynəlxalq müstəvidə təzyiqlərin formalaşmasına gətirb çıxaran fəaliyyətə keçdi. Ermənistan tərəfi qismən buna nail olaraq, artıq üç tərəfli razılaşmaları yerinə yetirmir. Hətta Qarabağa Rusiya sülhməramlı qüvvələrin məsuliyyət zonasına yeni hərbiçilər göndərir və döyüş postları qurur.

ABŞ, Fransa, Almaniya və Rusiya Ermənistana konkret dəstək verir. Paşinyan məhz bu dəstəkdən arxayınlaşıb, əlavə şərtlərlə çıxış edir. Qərbin Azərbaycana qarşı siyasəti Ermənistan Azərbaycan məsələsində Yerevanın yanındadır. Bunun da əsas səbəbi müharibədən sonra, Qərblə siyasi əməkdaşlığı yüksək səviyyədə saxlanmadı. Rəsmi Bakı post-müharibə dövrünə uyğun olaraq siyasətini qurmalı, Qərblə siyasi əməkdaşlığı yüksək səviyyədə saxlmalı, Avropa Birliyi ilə "çərçivə" sazişini bağlamalıdır. NATO ilə əlaqələri inkişaf etdirməlidir. Artıq, Rusiya Azərbaycana qarşı dirsək göstərir. Azərbaycan Qərblə əlaqələri inkişaf etirəcəksə, Avropa İttifaqı ilə çərçivə sazinə gedərəsə, Qərb Ermənistanın irəli sürdüyü "status" məsələsinə əhəmiyyət verməyəcək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...