"Bu, çox ciddi bir siqnaldır"
Asim Mollazadə: "Bu səfər Böyük Qayıdış planının həyata keçirilməsinə nəzarətlə bağlıdır”
Prezident İham Əliyevin Laçın və Kəlbəcər rayonlarına səfəri Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi və işğaldan azad olunmuş ərazilərimizə böyük qaydış kontekstində maraqla izlənir, təhlil olunur. Qalib Ordunun Ali Baş Komandanının çıxışlarında ölkənin hərbi-siyasi vəziyyəti yüksək tribunadan yüksək qiymətləndirilməklə, Ermənistana və onun havadarlarına ünvanlanmış hədəfli mesajlar kimi dəyərləndirilir. Maraqlıdır, bu gün ölkəmizin II Qarabağ savaşından sonra əldə etmiş olduğu uğurlu nəticələr regionun gələcək inkişafında hansı perspektivləri açır?
Milli Məclisin deputatı Asim Mollazadə açıqlamasında bildirib ki, Azərbaycan prezidentinin Kəlbəcərə, Laçına səfəri Böyük Qayıdış planının həyata keçirilməsinə nəzarətlə bağlıdır.
Onun sözlərinə görə prezident bu istiqamətdə bir sıra açılışlar etməklə yanaşı bölgənin problemləri ilə tanış oldu və Azərbaycan xalqının iradəsini ifadə edərək məhz Qarabağa qayıdışla Azərbaycanın bölgədə sülh və stabilliyi yaratmağa hazır olduğunu bir daha bəyan etdi:
“Azərbaycanlılar Qarabağın bütün bölgələrinə qayıdırlar. Bunun üçün bütün zəruri işlər həyata keçirilir və bu prosesin qarşısını heç kim ala bilməyəcək”.
Asim Mollazadə hesab edir ki, Prezidentin çıxışlarında diqqət çəkən bu məqamlar dünyaya verilən əsas mesajlardan biridir. Onun fikrincə, Prezidentin bundan qabaq da SNN Türk kanalına verdiyi müsahibədə bölgənin inkişafı üçün atılan addımların yol xəritəsi nümayiş etdirilib. Və orada bölgəni sakit, əməkdaşlıq regionuna çevirmək üçün nələrin edilməsi proqramı ortaya qoyuldu:
“Təxribat törətmək istəyən qüvvələr bir daha eşitdilər ki, Azərbaycanın dəmir yumruğu yerindədir. Və Azərbaycan xalqının qələbə əzminin qarşısını heç kəs ala bilməyəcək. Kəlbəcərə, Laçına səfər Azərbaycanın ümumi mənzərəsi ilə bağlı görüləcək yeni quruculuq işləri-elektrik, su təhcizatı, digər kommunikasiya xətlərinin çəkilişi və sair istiqamətində aparılan işlərə dünyanın diqqətini bir daha yönəltmiş oldu. Çünki bu bölgədə də ermənilərin törətdiyi vandalizm nəticəsində hər şey məhv edilib, yandırılıb. Bir daha bəyan edildi ki, Azərbaycan xalqı quruculuğa, bərpaya köklənib. Azərbaycan xalqı tək özünün müdafiəsi deyil, yeni dünya qurmağa çalışır. Prezidentin Kəlbəcərə, Laçına səfəri zamanı bu istiqamətdə görülən işlərin dünyaya nümayiş etdirilməsinin məqsədlərindən biri də ondan ibarət idi ki, biz sülh, əməkdaşlıq və əminəmanlıq istəyirirk”.
A.Mollazadə hesab edir ki, Prezidentin Kəlbəcərə, Laçına və ondan qabaq da SNN Türkə verdiyi müsahibədə verilən mesaj ondan ibarət idi ki, Azərbaycan dövləti hər şeyi nəzarətdə saxlayır:
“Prezidentin simasında bir daha hər kəsə bəyan elədik ki, bizim hər şeydən xəbərimiz var. Hansısa xoşagəlməz hərəkətləri, hətta xırda təxribatları da nəzarətdə saxalayaraq eyni zamanda Azərbaycan dövləti Qarabağa qayıdışla, qurtuluşla yanaşı Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika ilə təhciz olunması istiqamətində tədbirlərini hıyata keçirir. Azərbaycan qardaş Türkiyə ilə öz silahlı qüvvələri ilə birlikdə dünyanın ən müasir standartlara cavab verməsi üçün işlər görür. Mənə elə gəlir ki, bu çox ciddi bir siqnaldır ki, Azərbaycan və onun müttəfiqləri onun silahlı qüvvələrinin qarşısında heç kəs dura bilməyəcək. Hesab edirəm ki, bizim bulvardakı Hərbi Qənimətlər Parkı da hamının gözü önündə olmalıdır ki, bəzi qüvvələr nə qədər oyunlar oynasalar da bilsinlər ki, ermənilərə verdikləri yeni silahların aqibəti də həmin Parkdakı silahların aqibətini yaşayacaq”.
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”